usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 19°C 5.73 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 ABŞ-da Nensi Pelosinin yolverilməz davranışına qarşı məktub kampaniyası

details

CƏMİYYƏT

19.09.2022, 16:46 Oxunub: 2707

Amerika Azərbaycanlıları Şəbəkəsi (U.S. Azeris Network – USAN) ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı ölkəmizin ünvanına səsləndirdiyi yolverilməz və əsassız bəyanatlara etiraz məqsədilə məktub kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda xırda maraqlar güdən erməni qruplarının xahişi ilə İrəvana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ermənipərəst konqresmenlərdən Ceki Speyer, Anna Eşu və Frenk Pellonenin də qoşulduğu qeyd edilib.
“Aydındır ki, ABŞ-da aralıq seçkilərinə bir ay qalmış Amerikadakı erməni icmasının dəstəyini qazanmaq üçün xanım Pelosi var gücü ilə mübarizə aparır. Kədərlidir ki, o, bunu etinasızlıqla, ABŞ-ın münaqişə ilə bağlı bəyan etdiyi siyasətə tamamilə məhəl qoymadan və mövcud vəziyyətdən heç bir xəbəri olmadan edir”, - deyə məktubda vurğulanıb.
USAN soydaşlarımızı məktub kampaniyasına qoşularaq, spiker Pelosinin ölkəmizin ünvanına səsləndirdiyi əsassız ittihamlara qarşı etiraz səsini ucaltmağa, seçkilər ərəfəsində Demokratlar Partiyasının da bu mövqeyi bölüşüb-bölüşmədiyini tələb etməyə çağırıb: “Seçici kimi sizin bunu bilməyə və tələb etməyə haqqınız var”.

Digər xəbərlər