usd-1.7000 eur-1.8109 rub-0.0182
Bakı 16°C 2.4 m/s
Son xəbərlər
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Adam gərək özünə hörmət eləsin - Elçin Hüseynbəyliyə cavab

details

ƏDƏBİYYAT

29.12.2022, 16:40 Oxunub: 1512

Uşaqlar dedi, xəbər tutdum.
Dünən Kulis-də yayımlanan bir yazıya feysbuk səhifəmizdə belə şərh gəlib:
"Mən şərh yazmağı xoşlamıram. Amma məcbur oldum. Bu nə düşük yazıdır? Onu çap edənlər də düşüyün düşüyüdür..."
Bu şərhi Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli yazıb.

 
Kulis-də yayımlanan bütün yazılara cavabdeh olduğum üçün Elçin Hüseynbəyliyə qısa da olsa, cavab verməli olduğumu düşünürəm.
Bizə düşük deyib təhqir edən Elçin Hüseynbəyliyə ötən ili xatırlatmaq istəyirəm. Ötən il bu vaxtlarda, ad günü ərəfəsində elə Yazıçılar Birliyində özü mənə demişdi ki, doğum günü yaxınlaşır, buna görə də Kulisə müsahibə vermək istəyir.
Mən də onun bu xahişini yerə salmamışdım. Əməkdaşlarımızdan birini onunla müsahibəyə göndərmişdim və müsahibəni yayımlamışdıq.
Maraqlıdır, bir adam niyə dediyi kimi, düşük sayta, düşük adamlara müsahibə vermək istəsin? Biz düşüyüksə, belə şey edən adam nədir? Özü düşünsün.
Bildiyim ən sadə və ən gözəl həqiqətlərdən birini Elçin Hüseynbəyliyə demək istəyirəm. Ola bilər ki, o, bu həqiqətdən hələ də xəbərdar deyil: "Adam gərək birinci özü özünə hörmət eləsin ki, başqaları da ona hörmət eləsin".
Kiminsə vəzifəsindən, adından qorxacaq adam olmadığımı məni tanıyanlar çox gözəl bilir. Yazıçılar Birliyinin katibinə də bunu xatırlatmaq istəyərdim.
Kimisə təhqir eləməyə qalsa, bunu hamıdan yaxşı edərəm, heç kim də mənə bir söz deyə bilməz. Kimdənsə qorxacağım, asılacağım yoxdu.
Bizim yazımıza və özümüzə düşük deyən Elçin Hüseynbəyliyə özünün "Ədəbiyyat" qəzeti və "Ulduz" jurnalında baş redaktor olduğu vaxtları xatırlatmaq istəyirəm.
Bəlkə, cənab AYB katibi elə bilir ki, oralardan niyə qovulduğunu (bəli, məhz qovulduğunu) bilmirəm? Ola bilər ki, kimsə bilməz, amma mən çox yaxşı bilirəm, yaşımın azlığına aldanmasın.
Bu qısa cavabı bircə dənə təhqir olmadan yazdım. Bu Elçin Hüseynbəyliyə hörmətimlə bağlı deyil, özümə hörmətimdir. Hərçənd, Elçin Hüseynbəyliyə ən uzağı yaşına görə hörmət edə bilərəm, çünki ona hörmət etməyim üçün başqa tutarlı səbəbim yoxdur. Ona da tövsiyə edirəm ki, heç olmasa, öz yaşına hörmət eləsin.

Ulucay Akif
 

Digər xəbərlər