usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 21°C 4.84 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Göyçə könlümdə fəryaddır, 
    Nə tükənən deyil,
              Nə sönən deyil... - Məlahət İsmayılqızı yazır

details

ƏDƏBİYYAT

12.11.2022, 17:34 Oxunub: 2245

ZİRVƏNİN   QÜDRƏTİ...

  İlmə dalınca ilmə...
    İlgək dalınca ilgək- - M. Həddad  

   Yerin üstü müsafirxana,
          Yerin altı əbədiyyət...
Əbədiyyət nə demək,
         Sonsuzluqmu,
              yoxsa sonmu?
Haradan gəlib
        hara gedir  bu karvan...
Gedən çox, 
     geri dönən  yox...
İnsan ömrü bir su timsalı,
                    Axır, axır...
Harada sona yetər,
             harada sonsuzluğa gedər?
Ömür bir fəlsəfə,
                 Açması yox!
Müəma, tapmacası çox!..
      Həyat, həqiqət 
                yerin üstündəmi,
yoxsa yerin altındamı...
Cənnət arama, doğulduğun torpaq, 
             Yaşadığın od- ocaq,
        Atalı- Analı
     dünyan imiş Cənnət!
       “Mən Cənnəti gördüm”...
        Uca dağ zirvələindən
       Göyçə gölünə baxarkən,
 “ Mən cənnəti gördüm”
       Göyçədən dünyaya baxarkən...
           Ucalıqlardan dünyaya baxdım,
        Onun üçün də
                   heç xoşbəxt olmadım...  M. İ. 06.06. 19.

              ÜRƏK AĞRILARI... 

Bu günün gətirdiyi sıxıntıların ağrısı, 
                         Ürək ağrısı...
Mənən azadlıqdır bu, 
       Dərindən nəfəs almanın azadlığı bu...
Həyatın, yaşamın gözəlliyi azadlığı bu.
Ömrün İnsana bir fürsət olaraq 
      Verilməsi anlayışı bu...
Anlayış, anlamaq Azadlığı bu !
  Ən böyük dərd “anlamaq dərdi “ bu...
Ürək ağrısı Azadlığı bu!
                                                M. İ. 2017 16 may
--   ---   ---
 Mən halal yurdun övladıyam,
   Ocaqları halal, torpağı halal,
            İnsanları halal.
Göyçə könlümdə fəryaddır, 
    Nə tükənən deyil,
              Nə sönən deyil...
Yurda, torpağa, kökə aşiqlik,
        Nə tükənər, nə də bitər !

          ANA  LAYLASIDIR  GÖYÇƏ...

Məbədə aparan yollar var olsun!

Ala gözlərdən süzülən yaşa döndün Göyçə,
Könül deyilən ürəklərdə
                     Hönkürən naza döndün Göyçə,
Qoca dağın başında əl yetməyən, ün yetməyən
                     Yellərə döndün Göyçə,
Ot- ələf basmış, alaq tutmuş
                    Cığırlara döndün  Göyçə,
Qəriblikdə qalan
         Qərib məzarlara döndün Göyçə,
Könül- qəlblərimizdə hey çalınan 
                       Telli saza döndün Göyçə...
O saz ki, “Baş Sarıtel”mi, “Ruhani”mi,
          “Yanıq Kərəmi”mi, bilməm , 
Hey çalınır, çalınır... Ana laylası kimi
      Bizimlə oyanır, bizimlə yaşayır...
Əsirlikdə qalan Vətənə döndün Göyçə...
    Yollarımız bağlı, qollarımız bağlı...
Ürəklərimiz dağlı...
       Ala gözlərdə yaşlara döndün Göyçə...

Digər xəbərlər