usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 15°C 3.42 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Konyak diplomatiyası"nın əsirinə çevrilən Avropa Parlamenti

details

GÜNDƏM

24.01.2023, 13:49 Oxunub: 1204

 


Avropa Parlamenti yanvarın 18-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə növbəti dəfə öz qərəzini, bir qrup ermənipərst deputatın əlində oyuncağa çevrildiyini nümayiş etdirdi. Qətnaməyə nəzər salmaq kifayət edir ki, bu kağız parçasının nə dərəcədə reallıqlardan uzaq,  böhtan mahiyyətli, özündə yalnız qərəzi əks etdirdiyi aydın olsun. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş qətnamədə Laçın-Xankəndi yolu ətrafında baş verən hadisələr təhrif edilib, Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi sərsəm iddialar yer alıb. Avroparlamentarilər bir qədər də irəli gedərək artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinadlar ediblər. Görünən odur ki, AP-nin bu qətnaməsi regionda sülhə, münasibətlərin normallaşmasına deyil, gərginliyə, qalan məsələlərin həllinin uzanmasına xidmət edir. Əks təqdirdə, başqa mahiyyətdə bir sənəd qəbul edilərdi. Qətnamənin qərəzli olduğu məlumdur, amma yenə də avropalı deputatların orda əks olunan bəndləri müəyyən edərkən nəyə, hansı mənbələrə əsaslandığı suallar yaradır. Məsələn, "Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü"nü AP deputatlarının "kəşfi" də adlandıra bilərik. Harada bu barədə yazılıb?! Bəlkə Ermənistanla Azərbaycanı səhv salıblar?! Yaxud, unudublar ki, məhz Ermənistan 30 il ərzində torpaqlarımızı işğalda saxlayıb. Məhz erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Faktları, beynəlxalq sənədləri təhrif etmək bu qədər asan olmamlıdır.
Laçın yoluna gəlincə, bu məsələ ilə bağlı da vəziyyət kifayət qədər aydındır. Ermənilərin guya humanitar fəlakət yaşadığı ağ yalandır. Azərbaycanlı ekofəallar separatçıların nəzarətində olan ərazilərimizdəki təbii sərvətlərin qanunsuz istismarına, ətraf mühitə vurulan ziyana etiraz olaraq aksiya keçirir. Heç bir blokadadan söhbət gedə bilməz. Bunu həmin marşrutla humanitar yüklər daşıyan nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti sübuta yetirir. Sadəcə ərazimizə qanunsuz olaraq silah-sursat, minaların daşınmasının, müxtəlif ölkələrin vətəndaşlarının qanunsuz olaraq ərazimizə keçidinin qarşısı alınıb. Bu yolla daşınan minalar nəticəsində 44 günlük Vətən müharibəsindən sonra 300-ə qədər Azərbaycan vətəndaşı həyatını itirib. Başqa sual doğuran məqam isə budur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində həmin bu Avropa Parlamenti eyni mövqeyi nümayiş etdirmədi. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə əsasən, Ermənistan qoşunları tam şəkildə Azərbaycan ərazilərindən çıxarılması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması təmin olunmayıb. Avropa Parlamenti isə bütün bu məsələlərdə susur.
Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağıran Avropa Parlamenti Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkilməyə çağırmır. Əvəzində Ermənistanın özünün belə artıq istinad etmədiyi ölü "Madrid prinsipləri"ni gündəmə gətirir. Ermənistanın Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra AP-nin belə mövqeyi sülhə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır. Regionda müsbət proseslərin, sülhün deyil, problemlərin tərkib hissəsinə çevrilir. Avropa Parlamenti belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir.
Nəhayət, xüsusi olaraq bir məqamı vurğulayaq ki, ötən ay Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya qalmaqalı ilə gündəmə gələn Avropa Parlamenti irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınır. Korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"ndan gen-bol faydalanan AP-nin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi haqqı yoxdur.
21-ci əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması biabırçı haldır. Vaxtilə həmin bu Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman Cənub Qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini sübut etdi. Bu mənada Avropa Parlamenti öz oturduğu budağı kəsməklə məşğuldur. Başqa sözlə, Avropa Parlamentinin Azərbaycanı əsassız yerə hədəf alan bəndlərin olduğu bir qətnaməni qəbul etməsi Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələri korlamağa hesablanıb. Azərbaycanofob, islamofob Avropa Parlamentinin antiazərbaycan mövqeyinə rəğmən, keçən ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun, eləcə də 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək. AP-nin qəbul etdiyi bu cür kağız parçaları hec bir halda Azərbaycanın iradəsinə təsir edə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz.

Pərvanə SULTANOVA

Digər xəbərlər