usd-1.7000 eur-1.8198 rub-0.0182
Bakı 20°C 5.21 m/s
Son xəbərlər
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Minbir dərdlərə dərmandır Məmməd Araz yaradıcılığı! .. -  Məlahət İsmayılqızı yazır

details

ƏDƏBİYYAT

13.10.2022, 12:46 Oxunub: 3515

  MƏMMƏD  ARAZ yaradıcılığına 
                                        Sərbəst baxış...
                                     “  Çoxdandır qəlbimin
                                                   çırağı yanmır”  

 


                                                                             ÇOXDANDIR QƏLBİMİN ÇIRAĞI YANMIR...

                                    

                                                    Bəzən M. Arazı Füzuliyə bənzədirəm. Könül- ürək yanğısı, aşiqlik – o aşiqlik ki, Füzulidə ilahi eşqə söykənir, M. Arazda isə o ilahi eşq Vətəndir-Azərbaycandır, Anadır!
               Ayağa dur, Azərbaycan səninləyəm...
XX əsrin 60- ci illərindən etibarən  Azərbaycan poeziyası üfüqlərində Məmməd Araz adlı bir Günəş doğdu. Onun yaradıcılıq dünyası, Onun mənəviyyat  dünyası bir işıq, bir nur selinə bənzəyir. Bu nur dünyasında İnsan özünü, öz könül aləmini görür, özünü tapır:
           Nə yaxşı çox sözə qəlbim inanır,
          Nə yaxşı, ürəyim hələ uşaqdır.
         Hardasa qəlbimin bir damla qanı,
         Riyadan, çamırdan, lildən uzaqdır!  
    Müdriklikdən kövrəkliyə, oradan da uşaq məsumluğuna dönən səmimi lirik dünya. Budur M. Arazın yaradıcı gözəlliyi, budur güclü məntiqi. İstər lirik aləmi, istər Vətən Sevdası- hər bir halında fəlsəfi məntiqə söykənir. Onu sadəcə olaraq ah, nə gözəl şair deyə oxumursan, nə gözəl qeyrət, Vətən Sevdalısı, nə gözəl millətsevər, nə gözəl Vətən Fədaisi deyə sevdim. Zirvələrin zirvəsində dayanıb bizləri- İnsanlığı ucalıqlara səsləyən ulu şair poeziyası – bütün yaradıcılığı müqəddəs qığılcımlarla dolu olan, düşüncə və duyğularımızı bizə söz qüdrəti ilə çatdıran, bizləri heyran edən, bizləri heyrətləndirməyi bacaran filosof şair. Bəlkə yox, tam dəqiqliyi ilə müasir Azərbaycan fəlsəfi şeirinin banisi.
                 Səhra qumlarının hesabı varmı,
                 Səhra küləkləri cilova yetməz,
                 Sinədə itəni tapmaq olarmı?
                 Küləklər qayıdar, itən qayıtmaz...
Yaşadığımız həyatı- onun fəlsəfəsini kimlər, kimlər açmağa çalışmadı ki... Gedən çox, geri dönən yox...
                   Səhra qumlarında uyuyan qoram,
                   Səhra sinəsidir sinəm deyirəm.
                   Səhra dözümündən dözüm qoparam,
                   Səhra yanğısında sönəm deyirəm!..
 Bir qor,  bir yanğı, bir atəş- əl vurma çaxmaqdaşıyam! Yanaram, yandıraram...Vətən uğruna kül belə edərəm. Sən doğurdan da ayri bir Planetsən Məmməd Araz, deyək Günəşə bərabər Məmməd Araz adlı Planet. Azərbaycan şeir Günəşinin Məmməd Araz adlı Planeti.;
                     əl vurma, çaxmaqdaşıyam...
Tək bu söz, bu şeir Günəşinin odlu- alovlu dünyasından, mənəvi aləmindən, barışmaz mövqeyindən , daha nələr, nələrdən xəbər vermir;
                Təklikdə çaylaq daşıyam,
                Məni qoymayın təklənəm!
                Əl dəydi, çaxmaq daşıyam.
   Neçələrinin qəlb- könül dünyasıdır M. Araz. İç dünyamızın naqislərdən gizlətdiyimiz mübhəm, skral duyğularımızdır M. Araz, dillə ifadə edə bilmədiklərimiz, lakin Onun yaradıcılığında tapdığımız və söykəndiyimiz arxalı dağdır M. Araz;
                Dünya böyük, ömür yolu bir addım,
                Balaca bir eşq adası yaratdım...
                Bir uçrumdan fırtınaya tor atdım.
   Uçrumlardan fırtınalara tor atan- sinə gərən, üzü yoxuşa- zirvələrə can atan dünyadır M. Araz. Öz sənət dünyasına bir yanğı, özüdəki atəşin yanğı- heç beləsini gördünüzmü, beləsi M. Arazdır. Hər adam aşiq ola bilmədiyi kimi, hər yerindən duran da M. Araz ola bilməz. Bəşəri şairdir, vətəndaş şairdir, ən öncəsi Vətən sevdalı şairdir.
     M. Araz heç vaxt yaşa dolmayacaq, qocalmayacaq, lilə, çamıra batmayacaq başdan- ayağa səmimiyyətdən yoğrulmuş mənəviyyat aşiqidir. Onun poeziyası, yaradıcılıq dünyası həmişə yaşıldır. Üzü dönüklər, qeybətlər, oğru- talançılar dünyasında yoxdur M. Araz. Dünyanı, həyatı qumara qoyan nadanlar aləmi ilə barışmazdır. Bu yerdə onun bu sətirləri çoxlarını düşündürməlidir məncə...
                   Nadanlar dünyanı qumara qoydu,
                   Mən belə dünyanın nəyindən küsüm?!.
    Etibarsızlıq, laqeydlik, inamsızlıq dünyasında daşa- torpağa dönmədikmi, doğulduğu yurdlarını itirən, ocaqlarına- torpağına həsrət qalan İnsan daha kimə inana bilər?..Köməyə  gələn yenə də M. Araz hayqırışı oldu;
                      Mən daşam, dəmirəm, torpağam daha,
                      Üstümdən adlayıb yeri, qayıtma...
                      Arxada sən görən Mən yoxam daha...
                      Qayıtma əzizim geri qayıtma!
   Fəlsəfi anlamda gözəlliklər, inam, cürət və xeyirxahlıqlar və yaxşılıqlar üzərində yaranan M. Araz dünyası həm də Vətən Sevdalısı və Ana vurğunudur. Gözəlliyə gəlincə gözəllər cürətli olurlar, alimlər  müdrik. Elə bu yerdə ünlü jurnalist İsmayıl Əliyevə məxsus sözləri xatırlamaya bilmirəm: “Gözəldən və Alimdən heç ümidini üzmə”. Vətənin böyük xeyirxahı olan M. Araz heç zaman kimsənin yedəyində getmədi, himayədarı Ulu Tanrı oldu, eyni zamanda insan –insana havadar, dayaq durmalı, təkan verməlidir dedi.
                      Var təkan verən cəhdin, həvəsin,
                      Bir gözəgörünməz köməyindədir,
                      Səni yedəyində aparan kəsin,
                       Özü də kiminsə yedəyindədir!
Özəlliklər üzərində dünya quran M. Araz bu gun də var, yarın da. Və Onun sənət dünyası- poeziyası həmişə yaşıldır. 17 il əvvəl,  yəni 2003-cü ildə M. Araza məxsus  onun yaradıcılıq aləminə olan heyranlıq duyğusundan doğan balaca bir yazımı tapdım...02. 12. 2003- bu həmin tarixdir ki, 52% torpaqlarımız erməni işğalında tapdalanırdı... Amma hələ Atalı- Analı idim, sözün həqiqi mənasında pərəstiş etdiyim Heydər Əliyev xəstə olsa da Azərbaycan Respublikasının Prezidenti idi. M. Araz da sağ idi. Daha da ürəkli idik O zamanlar. Torpaqlarımızı geri  qaytaracağımıza inanırdıq. Atam- Anam da ümidli idilər.Və mən M. Arazın həyat yoldaşı Gülxanımla danışıb Onun görüşünə getməli idim. On gün sonra 12 dekabrda O gözəl, əvəzsiz İnsanın- Heydər Əliyevin Amerikadan ölüm xəbəri gəldi. Heydər Əliyevi Vətənə  çiyinlər üzərində gətirdilər. H. Əliyev şəxsiyyətinə vurğunluğum, M. Araz dühasına sevgim və mənim Atalı- Analı, və M. Arazlı dünyam. 2003-cü ildən etibarən isə qayıblarımız bir- birini əvəz etdi. Və çoxları üçün  uzun, sarsıntılı günlər keçdi. Və  özümdə cüc tapıb Onunla görüşəmədim. Artıq nə qədər təəsüflənsəm də, bu belə oldu. Zaman geri dönəsi deyil.
     Onun yaradıcılığından Ana ətri- Vətən, Torpaq ətri gəlir. O ətir ki, ən gözəl ətirlərdən daha gözəldir, daha süd qoxuludur, daha səmimidir, daha zərifdir. Anam Süsənbər Xanımın ətridir mənim üçün Məmməd Arazın Vətən Sevdası, Ana həsrəti...Və Ana ətrindən, Vətən ətrindən  daha gözəli yoxdur...
                 Daha gəlməyəcək Anamın səsi...
   Bilənlər bilir bu nə ağır nisgildir, ölmək istəyirsən, ancaq ölə bilmirsən, nədən ki, ölməyə ixtiyarın yoxdur, çünki, “ölmədim düşmən çoxalmasın deyə”. Çünki, düşmən nə istədi hələlik onlar olub! “Qurdu olmayan dağın köpəyi kral olur!”.Bəli, çox təəssüf, son zamanların durumu, atmosferi bundan xəbər verir.
   Lirika, duyğuların səmimi axarı, hiss və düşüncələrimizın mükəmməl ifadəsi, düşündüyümüz, lakin ifadə edə bilmədiklərimizi, borc və vəzifələrimizi deyir bizə, nəinki deyir xatırladır insan olduğumuzu, anladır haqq və hüquqlarımızı, Vətənimizə sevgini- Anamıza bağlılığımızı- torpağımıza söykənərək güclü olmağımızı... “Sözlərin böyükləri- böyüklərin sözləridir- V. İşıldak Nizamoğlu”. Budur Məmməd Araz...
               Səninləyəm, haqq-ədalət, səninləyəm, 
               Milli qürur, milli qeyrət, səninləyəm!
               Səpil quma, göyər yerdə, bit qayada...
  “Oyat bizi ey yaradan...” Bundan güclü haray ola bilərmi?! Ancaq gəlin görək bizlər oyandıqmı? Əksinə mənəm- mənəmlik, lovğalıq, iddialı ədabazlıq, ambisiyalar, kreslo davaları, var- dövlət hərisliyi getdikcə daha da artmaqda, ... Və bir də gizlətməyə nə hacət, paxıllıq- bir qədər incə işlətsək qısqanclıq nəinki dünyanı, bütün bəşəriyyəti baş- ayaq qoymuşdur və sadəcə sarmışdır, bürümüşdür. ;
                 Qanmaz qansa ki, qanmazdı
                 Yaşamağa nə var ki, qardaş!
    İlkin zamanlarda M. Araz yaradıcılığında lirikanı sevmişəm, əslində isə onun zərif duyğularının içərisində insanlığımızı və ixtiyarlarımızı anladım...
                 Səndən o tərəfə yer görünməyir, 
                 Səndən o tərəfə sonsuzluq yaşar!
                 Sən mənim eşqimin sərhəd dirəyi.
     O sonsuzluğun içərisində isə Atam- Anam vardı və bir də Ulu yurdum Göyçə mahalı və halallığa söykənən qədimdən- qədim ocaqlarımız, o ocaqlar ki, əslində bu gün acı bir xəyalata dönüb...
                  İstər at, istər bük, qəlbində gizlə,
                 O sevda işıqdı, ocaqdı keçdi...
 Əvvəllər duyğusal və vətənsevər bir şair kimi sevdiyim M. Araz yaradıcılığı mahalım Göyçəni  ellikcə tərk etdikdən sonra daha bir sığınacaq yerim oldu, təsəlli onun Vətən- yurd, Torpaq haraylı misraları oldu: 
                Səsini boğ millət qızı ağlama,
                Ağlamağın yeri deyil, ağlama!
                Bu torpağın son qurbanı mən olsam
                Eldən ötən güllələrə tən olsam,
                Qardaş deyib, yurdaş deyib ağlama,
   “Səsini boğ millət qızı ağlama!- yüz fikir bir borcu ödəmir, düşməninin boğazını üzməlisən, “Əzmiyən əzilir. Düşmənə diş göstərərlər- T. Ozal”. Nə qədər səsini boğsan da, sonunda elə hayqıracaqsan ki, fəryadın kar qulaqları deşsin.Axı bu millətin Mübariz İbrahimov kimi oğulları var... Bu millətin Ramil Səfərov kimi minlərlə Vətən- Azərbaycan qeyrətini çəkən Oğulları var. Bu Vətənin Polad Həşimov kimi generalları var... Ağlıya- ağlıya bizi gömməyin, qoyun intiqamımızı alaq. Daha bəsdir, ermənini it kimi məhv etməliyik. haqqlarımızı tələb etməli- bax bunları bacarmalıyıq. Yer üzündə ən pis cəhət insana bacarıqsız deyilməsidir, millət bu sözləri dedirtməyin özünüzə!
  Mənim əbədi mövzularım, Atam- Anam, Vətənim- dünyaya göz açdığım ocaq, Ana ətri, Torpaq qoxusu, o torpaq ki, adına Göyçək Göyçə deyilirdi. Artıq torpağım da uzaqlarda qaldı, Atam- Anam da uçub getdilər Vətən Göyçə sarı, bacarırsan döz, dözə bilirsən döz...Bax elə bu anlarda köməyinə kim gələ bilər- Məmməd Araz yaradıcılığı, Məmməd Araz lirikası, ən öncəsi isə Məmməd Araz sayağı Vətən Sevdası...
               Səndən qeyri biz hər şeyi bölə billik,
               Səndən qeyri biz hamımız ölə billik...
  Millət hələ də bilmirsiniz ki, Vətəndən sonra hər şeyi qumara qoymaq olar, uduzmaq- satmaq olar, amma Vətəni yox! Vətən adlı bu torpaq sənin sabahındır, uşaqlarındır, ailəndir, öncəsi Anandır. Mən kimlərə dərs vermək istəyirəm, heç bir dəyərə qulluq etməyən, mənəvi dəyərlərin nə demək olduğunu anlamıyan, böyük “karyera” xəyalları ilə yaşayan “gəncliyəmi”?.. Əfsus. Saytlarda erməniyə “qardaş “ deyənlər, əgər belə isə sabahlarımız təhlükədə deyilmi!?Onda Mirzə Cəlillər, Nemanzadələr, Sabirlər, Səhhətlər-  Məmməd Arazlar “ah Vətən” deyə niyə yazdılar, yaratdılar?...
      Minbir dərdlərə dərmandır M. Araz yaradıcılığı!  Hər şeyə “mənim, mənim, mənim” deyənlər vardı, onlar üçün “dünya gülzar idi”... Digər bir tərəfdə isə insanlığını itirənlərlə savaşanlar vardı, onlar üçün isə “dünya xəzəl idi”... Bax bunları görə- görə gəldik və bu yaşadıqlarımızın şahidi kimi özümüzü Məmməd Araz yaradıcılığında tapdıq! Bax budur M. Araz müdrikliyi...
     M. Araz yaradıcılığında İnsan və Vətən amili öndə dayanır yox, belə demək mümkünsə Vətən və İnsan sevgisindən qaynaqlanır bu lirika, bu fəlsəfə, bu yanğı... Həmən o yanğı ki, Azadlıq amilinə söykənir. M. Araz yaradıcılığında.:
                     Ey yaradan səninləyəm,
                     Səninləyə haqq- ədalət,
                    Ya bilmərrə yatırt bizi,
                    Ya bilmərrə oyat bizi,
                    Ya yenidən yarat bizi!
    Budur Vətən sevgisi və onun ən ilahi duyğularla tərənnümü, öz zəhmətkeş ocağına sevgi və bu sevgidən doğan Yurd- Vətən aşiqliyi. Ululuğa, ülvülüyə səsləyən M. Araz... Onun yaradıcılığından qaynaqlanan və bizi torpaqlarımızın azadlığına çağıran M. Araz sehri- ən böyük bəşəri sevgi, o sevgi ki, dünya gözləyir ki, özündə bu qədər dəyərlər yaşadan xalq nəhayətində yurdlarına sahib çıxsın! 
“Bu millətin dərdi- səri” dedin ustad, “Tanrım məni tuş eləmə satqına tuş”... Haqdan açılan qapılara belə artıq yanlış açarlar düşür...
                 Haqq qapısın açmır,
                           Haqq açarı...
İstər həyat, istərsə də ölüm yaşamın bəşəriliyindən xəbər verir.Varlıq və yoxluq-hər ikisi insanlığa xidmətdir, bir var yoxluğunda belə M. Araz insanlığın bəşəriliyinə xidmət edir. Onun kimi ədəbi dühalar dünyanın gedişatını, məhvərini belə dəyişməyə qadirdirlər, təbii dağları yerindən oynadan  Sözün qüdrəti ilə! Söz xiridarıdır M. Araz, sözün qüdrəti ilə nə incilər, nə dürr, gövhərlər yaratmır, yox, cilalayır, bərraq vurur onun dünyasında ilahi kəlmələr, yenidən yaşamaq istəyirsən, yurdlarına sahib çıxmaq, ermənini kökünəcən- sonunacan məhv etmək istəyirsən! Eyni zamanda onun lirikasında olan kövrəklik, xüsusən həyatımızın ən zərif nöqtəsi olan ucalardan uca Ana adı gələndə M. Araz uşaqlaşır, çırpınır;
               İnana bilmirəm, ölüm haqq ola,
               Ana dəfn oluna, gözəl qocala...
Ülvilərdən ülvidir M. Arazın Ana məhəbbəti. Onun yaradıcılığından qızıl xətt kimi keçən Ana adı müqəddəs Vətən adı ilə qoşalaşır. Anasını sevən –ocağına bağlı olar, torpağına, yurduna belə böyük məhəbbətin sevdalısına dönər...
                  Daha gəlmiyəcək Anamın səsi,
                  Mənə də taleyin yumruğu dəydi.
                  Doğrusu acığıma gəlir bəzisi
                  Soruşur  neçəydi Ananın yaşı...
                  Dolaşır sualla- cavab başımda,
                  Düşmüşdü saçlarına dən.
                  Ana kədərini yaşmıdır ölçən!?
                  Ana itirmişəm Ana yaşında...
 XXI- əsrin astanasında Azərbaycan xalqı şeir- sənət dünyasının çox oğulları ilə öyünəcək, S. Vurğun, R. Rza,     X, Rza, S. Tahir, N. Kəsəmənli, R. Rövşən, M. Aslan, E. İsmayıl, Məmməd İsmayıl və s. Nə qədər istəsən say, saydıqca sayları artacaq. Hərəsinin öz yeri, öz dəsti- xətti. Və Azərbaycan şeir günəşi M. Araz və Z. Yaqub, ey Azərbaycan torpağı əgər belə oğullaın varsa, bu gün də, sabah da “Sən qalib gələcəksən”-Z. Yaqub. M. Araz dünyasından vurğunluğunu alan gözəl şairimiz Z. Yaqubun bu sətirləri bizi bir daha silkələyir:
              Allah bu Vətəni çox görmə bizə,
              Vətən torpağında Məmməd Araz var!
M. Araz haqqında, istər onun lirikası, istər Vətən sevgili, Vətən duyğulu, həsrət nəfəsli bir şair yanğısı, daha doğrusu bir şəxsiyyət yanğısı heç bir zaman bitməyəcək, sönməyəcək əbədən sonsuzluğa gedəcək tükənməyəcək bir yoldur Məmməd Araz ki, adına Ana Vətən sevdası deyilir. Əsas budur ki, bu müdrik insan heç zaman tükənmir, hər qatında yeni- yeni səhifələr açılır və qarşındakını bir daha düşündürür; Sən bir Vətən övladısan, yaşamalı, ayaqların üstə durmalı, düşmənin burnunu ovmalısan. Hər zaman ayıq- sayıq olmalısan. Çünki sənin düşmənin “qonşun”dur...Sən evində rahat yata bilməzsən, çünki, erməni adlı bir faşistdir sənin “qonşun”.
Bəşəriyyət insanların itirdikləri məhəbbətlərlə zəngindir. Min bir aləmin xatirələrini özləri ilə torpağa aparan bu dühaların yatdıqları məkandan nələr doğacaq? M. Araz kimi bir dühanın, filosofun Azərbaycan sevgili fədainin enerjisi hara itib- bata bilər? Həmin o enerji ki, ayrı bir planet statusu verdi bu duyğusal fədakarımıza.;
            Səndən otərəfə Yer görünməyir,
                   Səndən o tərəfə sonsuzluq yaşar.
            Sən mənim eşqimin sərhəd dirəyi...
    Məmməd Araz yaradıcılığında sevgisi, səcdəgahi Vətəni Azərbaycandır- Bütöv Azərbaycan. O taylı, bu taylı – Şimallı, Cənubli nəhayətində Qərbi Azərbaycan- min illiklərdən axan köklü, köməcli türk Ulusları.
    Məmməd Araz təkcə şeir demədi, həyatın, yaşamın fəlsəfəsini tərənnüm etdi. Təkcə dünyaya deyil, Azərbaycanın yeni nəslinə, yatmış ruhlarına Vətən adlı qüdrətdən danışdı, mesajlar verdi. Onun Vətən adlı Sevdası ilə böyüyən yüz minlərlə İnsan doğuldu. Hələ yaşamağa dəyər deyək, hələ tamam məhv olmamışıq deyək. Bu günlər Vətən Sevdası ilə böyüyən insanlarımızın, yeni nəslin elə bu sevda ilə də ruhları oyandı, təzələndi. Həmin o run ki, yenidən yatırmağa çalışırlar:
                 Hələ öz içində batanımız çox...
                 Hələ düşmən laylasına yatanımız çox
  Vətən torpaqlarının 52%-i düşmən tapdağında inlərkən, bizlər firavan şəhərlərdə o yerlərin adını kafe, restoranlara və s. verib sağlıqlar deyənlər Vətən belə azad olunmur. Vətən deyəndə, doğulduğun oçaq deyəndə göz yaşlarını içəri axıtmalısan, yağılardan yurdunu azad etmək üçün canavar olmalısan, yoxsa bu Vətən öz- özünə geri dönməyəcək, yoxsa...
                  Al mümluğu,
                        Al, qəddarlıq öyrət bizə!
                   Bir azca da canavarlıq öyrət bizə!
                   Onda bəlkə qoyun- quzu 
                                 Olanımız təzər, itər;
                  Onda bəlkə sərhəd boyu
                             ərlər bitər, nərlər bitər!
Axı bizlər düşmənimizi tanıyırıq. Bizlər qorxaq ola bilmərik.
Məmməd Araz yetirən torpaq qorxaqlar yetişdirə bilməz. Olsa- olsa belələri qanı qarışıqlardır. Vətən sevdasının ən qürurlu daşıyıcısı M. Araz “Əsgər Oğul” a nələr demir, nə nəsuhətlər, nə vəsiyyətlər etmir;
                    Bu torpağın son nəfəri olsan belə,
                    Son dirisi, son əsgəri olsan belə,
                    Geri dönmə, son qələbə xəttinəcən,
                    Son qələbə həddinəcən, səddinəcən.  
  Bu Vətən adlı Sevdadır Məmməd Arazın böyüklüyü, Ululuğu.
Vurğunu olduğum  bu Vətəndaş şairin, əsiri olduğum lirikasının, obrazlı dilinin, yaşam və dünya gedişatının fəlsəfi anlamı və məni hər an düşündürən heyranı olduğum məntiqi... Üç nöqtə qoyuram, çünki Onun müdrik yaraşığını ifadə etməyə söz bula bilmirəm.
                                              
                                                24. 05. 20. M, İ, Bakı ş.

  R. S. Məncə ən gözəl sözlər deyilib, ən gözəl şeirlər yazılıb. Qalıb “əməl, əməl və yenə də əməl”- Allah sənə rəhmət etsin M. Cəlil. 100 ildən çoxdur, lakin “müsəlman” elə yatıb ki, yaxud yatırılıb ki, ;
   “Dil, dil, dil. Millət, millət, millət. Vətən, Vətən, Vətən. Dəxi bu dairələrdən kənar bənsi- bəşər üçün özgə nicat yolu yoxdur”.  Nə vaxt ki, bu millət düşüncələrindəki cəhaləti yenəcək, bax o gün torpaqlarının azadlığı uğrunda mübarizəyə başlayacaq. Nə vaxt ki, içindəki didişmələri- paxılığı kənara ata biləcək, bax onda, məhz o zaman düşmənləri yenəcək. Nədən ki, bizim millət dinin tutur, milliyyətini isə aşağılayır.  Din sənin bir dəyərin olsa da, dindən qabaq sən özün mövcud idin. Türk milləti kimi şanlı bir ada maliksən. Bunu unutmusan. Ona gərə də erməni sənə qalib gəldi. Humanizm, insanlıq gözəl dəyərlər olsa da erməni kimi alçaq bir millətlə savaşda  bunlar yaramaz, əsla yaramaz. 
    Yenədəmi şeir yazaq, yenidən şeir yazsaq, elə ən pisi budur, deməli lirika- duyğuların axarı sonda bizi zəif noqtəmizlə vurur. Yaxşısı budur, daha şeir yazma. Nələrsə yaza bilərsən, inanıram. Lap gözəl olacağını da düşünürəm. Ancaq M. Araz olmayacaqsan axı...
               Və nöqtələr...
                                                     28. 05. 20. Bakı

                                           
Ruhun şad olsun Azərbaycanın Ədəbi Simvolu, Ali Baş Komandan, Azərbaycan Ordusu və Xalqın birliyi ilə 44 günlük Zəfər- Qalibiyyət dastanı yazıldı şərəfli tariximizə. Nakam Şəhidlərimizin, ən öncəsi isə XOCALInın intiqamı alındı. Son 200 ildə dünya tarixində heç bir kimsə erməni şərəfsizin üzünə belə tüpürməmişdi.  
“Dəmir yumruq” endi erməni faşistlərinin təpəsinə. “Biz dünyanı erməni faşizmindən xilas etdik”- bu sözlər Azərbaycanın Ali Baş Komandanı, Prezidentimiz İlham Əliyev Cənablarına məxsusdur. Fəxr edirik Sizinlə, bizim belə bir mükəmməl Sərkərdəmiz, Komandanımız, Prezidentimiz Olduğuna görə!

 

MƏLAHƏT İSMAYILQIZI

         AYB- nin və AJB-nin üzvü
        Publisist, tədqiqatçı  yazar

Qızıl Qələm mükafatı lauriatı


                                        

Digər xəbərlər