usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Nensi nənənin İrəvan səfəri: Ermənistan "meyvə"sini dərəcək... - Əkbər Qoşalı yazır

details

GÜNDƏM

19.09.2022, 11:23 Oxunub: 3143

Nensi Pelosinin İrəvana səfərini kiçiltmək lazım olmadığı kimi, böyütmək də lazım deyil. Ağbirçək Pelosi Paşinyan hakimiyyətinə dəstək verə, müxaliflərə qarşı gücləndirə bilər, ancaq Ermənistanı gücləndirə bilməyəcək.

Ərazisində ABŞ-ın, yaxın müttəfiqlərinin faktiki düşmən bildiyi Rusiyanın hərbi bazası varkən, Ermənistan "Rus NATO"su KTMT-nin üzvüykən, ABŞ Ermənistanı bağrına basa biləcəkmi?..
Yaxud Nensi nənə seçimi öncəsi xal qazanmış ola bilər, ancaq bunların heç biri bizimçün fövqəladə hadisə olmayacaq. Daha zor günlər görmüş, bəlli Azadlığı Müdafiə Aktına bədnam 907-ci düzəlişlə üzləşmiş, işğala məruz qala-qala işğalçı ilə bərabər tutulmuş bizlər ABŞ-ın hər üzünə (üzsüzlüyünə) bələdik. Biz ABŞ-ı da, onun bekara "Minsk Qrupu"ndakı həmsədr "həmkar"larını da bilirik, tanıyırıq. Və bütün mürəkkəbliklərə baxmayaraq, mümkünsüz kimi görünəni mümkün etməyi - 44 gün içində arxalı köpəyi sıradan çıxarmağı bacarmışıq.

Beləliklə, çox keçməz, erməni cəmiyyəti uzaqlardan mədəd ummağın aqibətini görər. Erməni hərbi-siyasi rəhbərliyi iki stulda eyni vaxtda oturmağa yox, birüzlü (etibarlı) siyasət yürüdərək Azərbaycanla, Türkiyə ilə (adam balası kimi) dil tapmağa çalışmalıdır. Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında, Brussel Sülh Gündəliyinə, 10 noyabr Üçtərəfli Bəyanatına sadiq qalmalıdır. Zəngəzur Dəhlizi açılmalıdır.
Başqa yolu yox artıq!

Dəmir Yumruq Yerindədir! - Bunu bilməmiş deyillər, məncə. Onu da bilməmiş deyillər ki, Ermənistan SSRİ-yə daxil olarkən hansı sərhədlər içində olduğunu biz də bilirik, özü də qəşəng bilirik. SSRİ dağılarkən 29,743 min kv.km olan Ermənistan ərazisi 1918-ci ildən sonra Kremlin ona peşkəş etdiyi daha 20,743 min kv.km
ərazilərin kimdən qoparıldığını heç unutmamalıdır...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Əkbər Qoşalı
 

Digər xəbərlər