usd-1.7000 eur-1.8198 rub-0.0182
Bakı 19°C 7 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Qarabağ”ın növbəti rəqibi - Prezidenti azərbaycanlıdır- FOTO

details

İDMAN

28.07.2022, 14:18 Oxunub: 1646

“Qarabağ”ın növbəti rəqibi - Prezidenti azərbaycanlıdır

 

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ”ı qarşıda daha bir ağır sınaq gözləyir. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə son illərdə uğurları ilə göz oxşayan Macarıstanın “Ferençvaroş” klubu ilə üz-üzə gələcək. 

Macarıstanın paytaxtı Budapeşti təmsil edən bu klub 1899-cu ildə yaradılıb. Avrokuboklarda kifayət qədər uğurlu yol cızan klub 1964-65-ci illər mövsümündə Yarmarkalar Kubokunun (hazırda Avroliqa adlanır) finalında “Yuventus”u məğlub edib kuboka sahib çıxır. Bundan sonra da “Ferençvaroş” qitə arenalarında azarkeşlərini sevindirən çıxışına davam edib. 

 

“Yaşıl qartallar” ölkə daxilində də xeyli kuboklar qazanıb. Onlar 33 dəfə ölkə çempionu olub, 24 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Komanda oyunlarını paytaxt Budapeştdə yerləşən 22 min azarkeş tutumuna malik “Ferençvaroş Arena”da keçirir. 

Bizim üçün maraqlı olan məqam isə klubun hazırki prezidentinin azərbaycanlı Qabor Qubadovun olmasıdır. Onun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Qabor Qubadov 1966-cı ildə paytaxt Budapeştdə anadan olub. 2006-cı ildə Macarıstan Milli Məclisinin deputatı seçilib. 


Müxtəlif sahələrdə sahibkar kimi çalışan Qubadov millət vəkili seçildikdən sonra klubu almağa qərar verib. O, klubla bir çox titullar qazanıb və komandanın hazırda çıxış etdiyi arenanı da inşa etdirib. 

Sergey Rebrovun gedişindən sonra isə komandaya rusiyalı təcrübəli mütəxəssis Stanislav Çerçesov baş məşqçi gətirilib.  Uzun illər Rusiya millisində işləmiş Çerçesovun rəhbərliyi altında da komanda uğurlu çıxış edir. 

 

Digər xəbərlər