usd-1.7000 eur-1.8109 rub-0.0182
Bakı 18°C 3.2 m/s
Son xəbərlər
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qurbanov 4 qol vuran oğlundan danışdı

details

İDMAN

19.09.2022, 11:12 Oxunub: 2060

“Qarabağ” Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Zirə”ni 7:1 hesabı ilə məğlub edib.
1001info.az Medianews.az-a istinadla  xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
O, əvvəlcə matç barədə danışıb: “Öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olmağımıza baxmayaraq, futbolçular dayanmırdılar, sürəti artırırdılar. Bu, çox vacib hallardan biridir. Neçə vaxtdır sıx qrafikdə idik. Amma ümumən bu, hiss olunmadı. Sıx qrafikdə çox əziyyət çəkdilər, sona qədər çətinliklərə dözdülər”.
Daha sonra təcrübəli mütəxəssis qarşılaşmada 4 qol vuran oğlu Musa Qurbanlıdan söz açıb:  “Musa hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Milli barədə mən fikir bildirə bilmərəm. Çünki, yığmanın öz idarəediciləri var. Futbolda qol vuran oyunçuya maraq həddən çox olur, onun haqda müsbət fikirlər yaranır. Bu gün Musanın 4 qol vurmağı o demək deyil ki, o, tam hazırdır. Dəfələrlə demişəm ki, mənim üçün vacib olan stabil göstəricilərdir. Bu, çox vacibdir. Bunun üçün mərhələlər var. Bu mərhələlərin hamısını keçmək lazımdır. Çempionat oyunu, Avroliqa oyunu var. Bunlar hamısı mərhələlərdir. Ümumən gündən-günə inkişaf varsa, demək ki, yaxşılığa doğru gedir. Tək Musa yox, Toral, Elvin və digər oyunçuların da tam hazır olub, təcrübəlilərin sırasına qoşulmasını istəyirik. Musanın etməli olduğu çox şey var. Öz üzərində çox işləməlidir. Biz də məşqçilər olaraq hər futbolçunun idman formasını daha da yaxşılaşdırmasına çalışacağıq”

Digər xəbərlər