usd-1.7000 eur-1.8399 rub-0.0185
Bakı 8°C 2.39 m/s
Son xəbərlər
28-03-2024
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

San-Fransiskoda “ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbir keçirilib

details

GÜNDƏM

19.09.2022, 15:57 Oxunub: 3827

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin “ABŞ-da “Şuşa İli”nə həsr edilən silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbiri ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko şəhərində keçirilib.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ABŞ cəmiyyətində tanınmış nüfuzlu ictimai xadimlər və alimlər iştirak ediblər.
Tədbirdən əvvəl Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi sədri professor Fikrət Yusifov tədbirdə məruzə ilə çıxış edib. O, məruzəsində Birinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən torpaqlarımızın və mədəniyyət beşiyimiz olan Şuşanın işğalından, 30 ilə yaxın müddətdə erməni vandallarının işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklərin miqyasından, 44 günlük Qarabağ müharibəsi nəticəsində ərazilərimizin və mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsindən danışıb.
Sonra ABŞ-ın Qolden Qeyt Universitetinin professoru Can Vilson, Amerika cəmiyyətində öz ictimai fəallığı ilə seçilən Şeyn Del Kohen, Metyu Dayter və Azərbaycan icmasının üzvü, əslən Qarabağdan olan Zərifə Musayeva çıxış ediblər.
Tədbirdə maraqlı çıxışlarla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində və mədəniyyət beşiyimiz olan Şuşada erməni vandallarının 30 ilə yaxın bir dövrdə törətdikləri vəhşilikləri əks etdirən fotosərgi və "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sifarişi ilə Şuşanın tarixi haqqında çəkilmiş sənədli film nümayiş olunub.

1001info.az

Digər xəbərlər