usd-1.7000 eur-1.9216 rub-2.0775
Bakı 18°C 3.55 m/s
Son xəbərlər
04-05-2025
02-05-2025
01-05-2025
30-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Eyvaz Hüseynovun doğum günüdür

details

CƏMİYYƏT

15.02.2024, 13:38 Oxunub: 4835

 Bu gün Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun doğum günüdür.

Böyük təqdimata ehtiyac olmayan bu insan haqqında bəzi məqamları yada salmaq istərdik. 
O, 4 qardaşını müharibəyə göndərmişdi. Onlardan biri qəhrəmancasına şəhid oldu, o biri - İbad Hüseynli Milli Qəhrəman adına layiq görüldü. 
Qarabağ hadisələrinin ilk günlərində, cəmi 29 yaşında doğulduğu Muğanlı kəndində əli silah tutanları bir yerə yığıb ilk özünümüdafiə dəstəsini yaratdı. Qısa zamanda nizam-intizamlı və tam hazırlıqlı döyüşçülərdən ibarət batalyon yarada bildi. Ermənilərə qarşı döyüşlərdə özü də ağır yaralandı. 
Sonralar deyəcəkdi: -“Qardaşlarımın dördünü də ən çətin döyüşlərə göndərmişəm. Ölümə göndərmişəm. İcra başçısı işləməyimə baxmayaraq, yenə göndərmişəm. Deyirdim ki, əgər qismətinizdə bu ölüm varsa, qoy torpaq uğrunda olsun. Vətən ona görə qiymətlidir ki, onun şəhidi var. Şəhidi olmayanın Vətəni də olmur. Ən böyük dəyərimiz şəhidlərimizdir, şəhidlər varsa, millət də var, Vətən də var”.
 
Bəli, Eyvaz  Hüseynov icra başçısından daha çox döyüşçüdür. Döyüş, necə deyərlər, sanki onun alnına yazılıb.  2016-cı iln aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində də o, həmişə öndə olub. 
Qeyd edək ki, Eyvaz Mövsüm oğlu Hüseynov 15 fevral 1959-cu ildə Xocavəndin Muğanlı kəndində anadan olub. 1976-cı ildə Kuropatkin kənd orta məktəbini bitirib. 1976-1981-ci illərdə Politexnik İnstitutunda təhsil alıb, elektron hesablayıcı maşınlar  fakültəsini bitirərək mühəndis–sistemotexnik ixtisasına yiyələnib. Bakı Radio Zavodunda mühəndis, Xocavəndin Muğanlı kənd Səməd Vurğun adına kolxozda baş mühasib və Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib. O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Qarabağ müharibəsi veteranıdır. 
 Azərbaycan Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 
İllərdir düşmənlə üz-üzə dayanan bir rayonun icra başçısı Eyvaz Hüseynov deyir: "İndi əsas vəzifəmiz Qarabağı dirçəltməkdir. ”


1001info.az olaraq bütün insani keyfiyyətləri özündə cəm edən dəyərli insana, Vətən sevgisini özünə qibləgah bilən mərd qardaşımıza  Qarabağın dirçəlməsində arzu etdiyi kimi iştirak etməyi arzulayırıq. Həyatını isti kabinetlərdə deyil, soyuq  səngərlərdə keçirən, döyüşçü,  müharibə adamı, bir sözlə Vətənini özündən çox sevən əziz Eyvaz müəllim, gününüz mübarək !

Digər xəbərlər