usd-1.7000 eur-1.9697 rub-2.0800
Bakı 27°C 6.6 m/s
Son xəbərlər
28-07-2025
23-07-2025
22-07-2025
21-07-2025
17-07-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Yeni çip üçün 16,5 milyard dollarlıq müqavilə imzaladı

details

MARAQLI

28.07.2025, 13:27 Oxunub: 1365

“Samsung Electronics” amerikalı milyarder, “Tesla” və “SpaceX”in sahibi İlon Maskın şirkəti üçün çip tədarük edəcək.

 Bu barədə Mask “X” hesabında paylaşım edib.

İş adamı bunun üçün sözügedən transmilli şirkətlə 16,5 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

“Samsung”un Texasda yerləşən yeni meqafabriki “Tesla”nın yeni nəsil A16 çipinin istehsalına həsr olunacaq. Onun strateji əhəmiyyətini qiymətləndirmək olmaz”,- deyə İ. Mask bildirib.

Qeyd edək ki, “Samsung” bu müqavilənin detallarını 2033-cü ilin sonuna qədər açıqlamayacaq. Səbəb isə şirkətin kommersiya sirlərini qorumaqla bağlı öhdəlik götürməsidir.

A16 çipinin konkret nə vaxt istehsal ediləcəyi elan edilməsə də, Mask daha əvvəl yeni nəsil A15 çipinin istehsalına 2026-cı ilin sonunda başlayacağını bildirmişdi.

Xatırladaq ki, “Samsung” şirkəti hazırda “Tesla”nın A14 çiplərini istehsal edir.

Digər xəbərlər