usd-1.7000 eur-1.9737 rub-2.0885
Bakı 16°C 4.77 m/s
Son xəbərlər
20-10-2025
15-10-2025
13-10-2025
09-10-2025
08-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Dünyanın ən çirkli havası olan 10 şəhəri - Siyahı

details

MARAQLI

22.10.2025, 13:24 Oxunub: 363

Hindistanın paytaxtı Dehli yenidən dünyanın ən çirkli havası olan şəhəri elan olunub.

1001info.az  xəbər verir ki, bu barədə İsveçrənin “IQAir” təşkilatının açıqladığı son reytinqdən məlum olur.

Belə ki, oktyabrın 21-i şəhərdə havanın keyfiyyət indeksi (AQI) 350-yə çatıb, bu da “çox pis” çirklənmə səviyyəsi kimi təsnif edilir. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normadan 3,5 dəfə yüksəkdir.

Dehlidən başqa ilk “10-luğ”a Lahor, Karaçi (hər ikisi Pakistan), Mumbay (Hindistan), Pekin, Şanxay (hər ikisi Çin), Qvadalaxara (Meksika), Kəlküttə (Hindistan), Ravalpindi (Pakistan), Çennai (Hindistan) şəhərləri daxildir.

Bu şəhərlər sənaye tullantıları, avtomobil trafiki, kömür yandırılması və bayramlar zamanı fişənglərdən kütləvi istifadə səbəbindən güclü hava çirklənməsindən əziyyət çəkirlər.

Hindistanda vəziyyət “İşıqlar Festivalı” - Divalidən sonra xüsusilə kəskinləşir. Bu dövrdə fişənglərdən istifadə havadakı PM2.5 hissəciklərinin miqdarını əhəmiyyətli dərəcədə artırır ki, bu da şəhərlərdə havanın keyfiyyətini kəskin şəkildə pisləşdirir. Hindistanın Ali Məhkəməsinin müəyyən etdiyi məhdudiyyətlərə baxmayaraq, bir çox sakinlər qaydaları pozaraq pirotexnikadan istifadə etməyə davam edirlər.

Bütün bunlar əhalinin sağlamlığına ciddi ziyan vurur. Belə ki, sakinlər nəfəsalmada çətinlikdən, xroniki öskürək, göz qıcıqlanması və astmanın kəskinləşməsindən şikayətlənirlər. Bu baxımdan ən həssas kateqoriyaya uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar daxildir.

Ekspertlər xəbərdarlıq edirlər ki, çirklənmiş havanın uzunmüddətli təsiri ürək-damar və tənəffüs yolları xəstəlikləri riskinin artmasına səbəb ola bilər.

Digər xəbərlər