ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
İrina Şeyk 40 yaşında - Fotolar
ŞOU
07.01.2026, 14:49 Oxunub: 731001info.az xəbər verir ki, Rusiyanın Yemanjelinsk şəhərində anadan olan modelin atası mədənçi, anası isə musiqi müəllimi olub.
Məktəb illərində İrinanın hündür boyu, tünd dərisi və dolğun dodaqları sinif yoldaşları tərəfindən lağ obyektinə çevirilir. Lakin bu görünüş sonradan ona şöhrət gətirir.
Belə ki, İrina 18 yaşında olarkən “Supermodel 2004” müsabiqəsində qalib gəlir. Paris onun stil ikonası olmaq yolunda ilk tramplini olur. İrina o zaman 20 yaşında idi.
Əsl uğur isə 2007-ci ildə Şeyk İtaliya brendi “Intimissimi” ilə müqavilə imzaladıqda gəlir. Daha sonra ona böyük şirkətlər, brendlər müraciət etməyə başlayır.
Şeyk bundan sonra bir çox kliplərdə və filmlərdə çəkilir.
Məşhur modelin 2009–2015-ci illərdə dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo ilə yaxın münasibətləri olub. Daha sonra aktyor Bredli Kuperlə tanış olub. Cütlüyün 2017-ci ildə bir qızı dünyaya gəlib. Onlar 2019-cu ilin iyununda ayrılıblar.