ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Sən hansı qatarın sərnişinisən? - Məhəbbət ƏKBƏR
ƏDƏBİYYAT
08.08.2026, 12:02 Oxunub: 2138Əkbərov Məhəbbət Təvəkkül oğlu 5 avqust 1985-ci ildə Masallı rayonunun Sığdaş kəndində dünyaya göz açıb. Ali təhsillidir. 2008-ci ildən Sığdaş kənd tam orta ümumi təhsil məktəbində riyaziyyat və informatika müəllimi işləyir. 2022-ci ildən Masallı rayon təhsil sektorunun nəzdində fəaliyyət göstərən Psixoloji Tibbi Pedaqoji Komissiyanın katibidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. "Sən hansı qatarın sərnişinisən?" adlı şeirlər kitabının müəllifidir.
1001info.az Məhəbbət Əkbərin şeirlərini təqdim edir.
Sən hansı qatarın sərnişinisən?
Ömür bir qatardır, mənzili uzaq,
Hər kəs bir vağzalda düşüb qalacaq,
Bir bilet alırsan, bilmirsən ancaq,
Sən hansı qatarın sərnişinisən?
Bu vaxtı, vədəni sanma sən dərya,
Yaşadığın ömür sanki bir röya,
Gəlib-getmək imiş bu fani dünya,
Sən hansı qatarın sərnişinisən?
Səssizlik içində bir səs kimisən,
Sükuta bürünən nəfəs kimisən,
Bir qərib şəhərdə yad kəs kimisən,
Sən hansı qatarın sərnişinisən?
Şair, bu dünyanın vəfası kəmdir,
Sevinci bir andır, qalanı qəmdir,
Ömür bir nəfəsdir, o da bir dəmdir,
Sən hansı qatarın sərnişinisən?
Ayrı düşdük
Sən uzaq şəhərdə, mən özgə yerdə,
Çəkilib yollara dumanlı pərdə,
Taleyin hökmüylə düşmüşük dərdə,
Sən orda qəribsən, mən burda tənha.
Duman elə çöküb, mənzil seçilmir,
Bu necə sıldırım, yolu keçilmir,
Ayrılıq əkilib, vüsal biçilmir,
Sən orda qəribsən, mən burda tənha.
Eynidir dərdimiz, eynidir ahlar,
Bizə qənim düşüb adsız sabahlar,
Həsrətlə ölçülür köhnə günahlar,
Sən orda qəribsən, mən burda tənha.
Qismətin yazısı silinməz daha,
Biz qula dönmüşük intizar şaha,
Barışdıq bu dərdlə, qaldı Allaha,
Sən orda qəribsən, mən burda tənha.
Məhəbbət Əkbər