usd-1.7000 eur-1.9426 rub-2.2145
Bakı 24°C 3.98 m/s
Son xəbərlər
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026
27-06-2026
22-06-2026
14-06-2026
09-06-2026
06-06-2026
03-06-2026
02-06-2026
29-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Vətən həsrətli Xatirə Həsrət Göyçə...

details

ƏDƏBİYYAT

08.07.2026, 23:47 Oxunub: 3261

Xatirə Həsrət Göyçə ... Bu ad mənə çoxdan tanışdır. Açığını deyim, yaxşı şeir qarşıma çıxanda onu böyük zövqlə oxuyur, hətta yaddaşıma köçürməyə çalışıram.

Təxminən 10 il bundan öncə facebooku gözdən keçirirdim, qarşıma bir şeir çıxdı. İmza yeni idi. Mətbuatda, sosial şəbəkələrdə bu ada heç rast gəlməmişdim. Oxuduqca şeir məni sanki özünə çəkib, xəyallarımla lap uzaqlara, doğulub boya-başa çatdığım Dərələyəzə, uşaqlıq illərimə apardı. Axı, Dərələyəz mahalı Göyçəyə çox yaxındır. "Soğanlı" yaylağına çatıb, "Vers" dağını aşdınsa, demək Göyçədəsən... "Vers" dağı Azərbaycan aşıq ədəbiyyatında, xüsusən Aşıq Alının şeirlərində Vətən həsrəti ilə tez-tez xatırlanır. Elə Xatirə Həsrət Göyçənin paylaşdığı şeir də Vətən həsrəti, yurd sevdası ilə yazılmışdı. Ümumiyyətlə Göyçə adı çəkiləndə ilk növbədə aşıq, söz, sənət adamı yada düşür. Aşıq Alı, Aşıq Ələsgər, Alqayıt , Zəki İslam, Eldar İsmayıl və. s.... Bu siyahını çox uzatmaq olar. Xatirə Həsrət " Göyçənin" adlı şeirində deyir:

Dədə Qorqud qopuzuyla hay salan,

"Cəngi"sində cövlanı var Göyçənin.

Oğuz yurdun ocağının izində,

Tarixinin hər anı var Göyçənin,

Sazlı-sözlü ünvanı var Göyçənin.

 

 Misgin Abdal, Ağ Aşığın səsində,

Məmmədhüseyn, Mirzə Bəylər bəhsində,

Aşıq Alı, ustadların köksündə,

Söz sancağı, nişanı var Göyçənin,

Sazlı-sözlü ünvanı var Göyçənin...

Bu şeirdə şairə, bir çox aşıq, saz-söz ustadlarının adını çəkir. Şeir çox uzundur... Məncə şeir yazanda gərək onu yaşayasan. Ruhən, qəlbin səsiylə, yazılan şeirlər həmişə sevilir, daha oxunaqlı, daha təsirli edir. Şair var ki, bir beyt şeirində bütün fikrini, məna çalarlarını oxucuya çatdırır. Lakin, bəzən də bir kitabı başdan ayağadək oxuyursan, ondan bir şey anlamırsan. Nə heca sayı, nə qafiyə düz gəlir, nə də ki, şeirin mənasını anlayırsan... Xatirə Həsrət Göyçə şeirlərində məna baxımından fikirlərini dəqiq oxucuya çatdırmağı bacarır. Bir şeir ki, öz axıcılığı ilə ürəkdən süzülüb gəlmədisə, o şeir deyil. Xatirə Həsrətin bir şeirinə nəzər salaq:

Zəfər Günüdür

Uca zirvələrdə coş, al bayrağım!

Şuşamla açılan səhər günüdür!

İgid oğulların al qanlarıyla,

44 gün yazdığı əsər günüdür!

 

Tarixə qələbə möhrünü vurdun,

Yenilməz sərkərdən, yenilməz ordun!

Bayram havasında çalxanır yurdun,

Xoş müjdə yetirən xəbər günüdür!

Bu gün qürur günü, Zəfər günüdür!

 

 Payızda açılıb gülü torpağın,

Sevincdən qaynayır odun-ocağın,

Dikəldib başını Xan Qarabağın,

Xarı bülbüllərin bəhər günüdür!

Bu gün qürur günü Zəfər günüdür!

Yaşa, ey mübariz, mərd Azərbaycan!

Qələbə marşına əl çalır Turan!

Adınla səslənən bu şərəf, bu şan,

Qalib əsgərinin hünər günüdür!

Bu gün qürur günü, Zəfər günüdür!

Xatirə xanım Göyçədə doğulsa da, dağlar qoynunda yerləşən Daşkəsəndə yaşayıb, yaradır. Lakin, Vətən həsrəti, Göyçə dərdi onun qəlbindən heç vaxt silinməyib. Artıq orta yaş həddinə çatsaq da, Qərbi Azərbaycanın - o gözəl yurd yerlərimiz yaddan çıxmır, unudulmur. Erməni şovnizmin vurduğu yaralar, illər keçsə də, heç vaxt yadaşlardan silinməyəcək. İndi biz, bir arzu ilə yasayırıq. O gun olsun ki, öz doğma yurd yerlərimizə- Göyçəyə, Dərələyəzə, Amasiyaya, Vedibasara geri dönək, doğma torpaqlarımıza sahib çıxaq. Necə ki, Şuşamıza, Laçınımıza, Kəlbəcərimizə dondüyümüz kimi... O gün çox da uzaqda deyil. Tezliklə qovuşarıq bu əzəli torpaqlarımıza... Bax o zaman bitəcək bu həsrət, bu nisgil... Elə, Xatirə Həsrətin "Həsrət" təxəllüsü də sona yetər.... Artıq bu vaxtadək Xatirə xanımın "Dumanlı Kölgələr" və "Sevdamın Adı Vətən" adlı iki şeirlər kitabı işıq üzü görüb. Bir sıra şeirinə isə mahnılar bəstələnib.

Əziz Xatirə xanım, sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Tezliklə Ulu Göyçədə görüşənədək!

Vüqar Əsgər

Araşdırmaçı, ssenarist

Digər xəbərlər