usd-1.7000 eur-1.9345 rub-2.1711
Bakı 28°C 2.73 m/s
Son xəbərlər
25-07-2026
23-07-2026
21-07-2026
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026
27-06-2026
22-06-2026
14-06-2026
09-06-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...- Natella  ASENA yazır

details

CƏMİYYƏT

25.07.2026, 23:12 Oxunub: 40

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

İnsanları tanımaq üçün rəsmi sənədlərə ehtiyac yoxdur. Bu baxımdan, 1971-ci ildən tanıdığımız gözəl ziyalı, ingilis, fransız və rus dillərinin mahir uzmanı Azərbaycan Pedaqoji Universitetin Şamaxi filialının Dil və Ədəbiyyat kafedrasının (ingilis dili ixtisası üzrə) Baş müəllimi RƏNA KAZIM qızı  HÜSEYNOVANIN  işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

 Bu gün Rəna müəllimin sinif və  tələbə yoldaşları onunla cismani ayrılığın son məkanına toplaşıb...

 Haqqında söz açacağımız  RƏNA MÜƏLLİM məhəbbətlərin fövqündə tanıdığımız, münasibətdə TARAZLIQ MÜHİTİNİ qoruyan, sabit xarakterli əsl kübar AZƏRBAYCAN ziyalısıdır(idi). Onun haqqında keçmiş zamanda danışmaq olmur. Rəna xanımın daxili interyerini tanıyanlar, ONUN BÖYÜK ŞƏXSİYYƏT olduğuna şəkk etməz(edəməz). Onun mahiyyəti birmənalı al-əlvan olub. İnanın, ŞEYX NİZAMİNİN təsvir etdiyi, adının daşıyıcısı RƏNA olub. Hər kəsə qucaq açan, halal süfrəsində min bir nemətə qonaq edən MƏRDANƏ, VƏTƏNPƏRVƏR canlı əfsanə, kritik, nadir xarakterli insanın vaxtsız bu fani dünyadan köçməsinin fövqündə deyilik...

Bizim hamımızı həmişə bir araya gətirən RƏNA MÜƏLLİM, bu gün yenə bilavasitə son dəfə, öz vida mərasiminə topladı. Zaman-zaman bir sinifdə oxuyan, eyni ali təhsil ocağında nəfəs-nəfəsə, PROFESSOR İSMİXAN RƏHİMOV zirvəsində USTAD linqivistlərin pedoqoji ruhundan bəhrələnən tələbə yoldaşları axışıb ŞAMAXIYA gəliblər. Onu yad edənlər sırasında ingilis, fransız və rus dilləri üzrə ali kateqoriyalı mütəxəssis HACI AĞADADAŞ CƏFƏROV, SEVİLƏN GÖRKƏMLİ TƏHSİL XADİMİ SƏDAQƏT QULİYEVA, ŞƏHLA XANIM, SVETLANA TEYMUROVA və sətirlərin müəllifi NATELLA ASENA vardı...

 Bura Şamaxıdır. Dünyada ilk Elmlər Akademiyasının yarandığı mübarək məkan... Şirvavi, Sabir diyarı.  

 Biz kədər içində APU-in Şamaxı filialının rəhbərliyinə, övladları Ramil, Zəka, Hikmət bəyə, gəlinləri- Şəhla, Sədaqət və Yasəmən müəllimə, qudaları- Tahirə xanım və Şəfa xanıma, sevimli nəvəsi SÜLEYMAN HİKMƏT OĞLU HÜSEYNOV başda olmaqla Vüsət, Güllü, Zəhra və Ramala baş sağlığı veririk. RƏNA XANIMIN yaxınlarına, müəllim yoldaşlarına, qohumlarına, onun sevdiklərinə və onu sevənlərə SƏBR diləyirik.

 ALLAH RƏHMƏT ELƏSİN! 

 YERİ BEHİŞT OLSUN!

 MƏKANI CƏNNƏT OLSUN! AMİN!!!

  AJB və AYB- nin üzvü, Natella  ASENA

Digər xəbərlər