usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Burdan bir atlı keçdi...

details

ŞƏHİDLƏR -Qazilər

14.12.2023, 15:42 Oxunub: 6371


Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb söndürən, Xasay kişinin tövləsi yananda su götürüb alovları söndürməyə çalışan , Ağdam  şəhərinə gedəndə yoldaşlarına sataşan yaşca özündən böyük oğlanın qulağının dinini yumruqla gicişdirən, Ağdərədə 6-7 erməninin yığılıb bir azərbaycanlını döydüklərini görəndə , həyatını riskə atıb erməniləri şil - küt edib azərbaycanlını maşınla qaçırıb aradan çıxaran  ...  O bir qəhrəman idi,  elinin - obasının  təəssübünü çəkən qəhrəman!
Haqqında söz açdığım igid Ağdam rayonunun Qalayçılar kənd sakini Binnat Quliyevdir. O bizim qürur ünvanımızdır.
15 dekabr igid qardaşımızın  dünyaya gəldiyi gündür. Qazimizin xatirəsini böyük ehtiramla anırıq. Bu gün onun aramızda olmaması bizi nə qədər kədərləndirirsə, xatirələri yada düşdükcə bir o qədər qürürlanır, sevinirik.
Müharibədən əvvəl Binnatı hamı futbolçu kimi tanıyırdı. Özünə bir komanda da yaratmışdı. Binnat uduzmağı heç sevməzdi. Qonşu kəndlərlə yarışdan əksər halda qalib komanda kimi geri dönərdilər. Amma uduzanda da komanda üzvlərini maşınından düşürüb onları kilometrlərlə yolu piyada getməyə məcbur etməsi də olurdu. Qəlbi təmiz, vicdanlı, elinə - obasına bağlı biri olduğuna görə ondan inciməzdilər, onu çox sevərdilər. Tale elə gətirdi ki, ermənilərin bizə qonşu yox, xəyanətkar bir düşmən olduqları üzə çıxdı. Vətəni, torpaqlarımızı, doğulduğu kəndi qorumaq üçün Binnat əlinə  ilk silah alan döyüşçü oldu.  Həmin futbol komandası və iki qardaşı ilə birlikdə kəndin 28 nəfər cavanını başına topladı. 1989 - cu ildən 1991 - ci ilə qədər kənd özünümüdafiə dəstəsinin komandiri, sonra isə  Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin Ağdam özünümüdafiə batalyonun ən fəal döyüşçüsü oldu... Binnat  Quliyevin silahdaşlarının dediklərindən:
    Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov :
"  Binnat qardaşımız  igid oğlanlardan biriydi. O, Böyük sərkərdə Şirin Mirzəyevlə birlikdə Ağdam birinci könüllü ərazi özünümüdafiə taborunun yaradılmasında ən fədakar silahdaşlarından  olub . Biz  onunla qürur duyuruq. Mirzəyevçilərin hamısı bu igid qardaşları yaxşı tanıyır, vətəni qoruyan oğullara sayğı duymaq, Binnat kimi igidləri unutmamaq hər birimizin vicdan borcumuzdur." 
Elman  Bayramov, Birinci Qarabağ savaşının könüllü döyüşçüsü :
Kolanı obası qəhrəmanlar diyarıdır.
Bünyad,Nüsrət,Fikrət qardaşları hər zaman döyüşlərdə öndə olublar,sinələrinı qabağa veriblər.
31 yanvar 1992-ci il Fərrux, 4 mart 1992-ci il Qazançı, 21 iyul 1992-ci il Canyataq-Gülyataq döyüşlərində bu qardaşların necə fədakarlıqla döyüşdüyünün şahidiyəm. Binnatın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq ". 

Pənah Məmmədov, Qarabağ veteranı :" "Komandirimiz olan Bünyad Quliyevi biz hər zaman Milli qəhrəman kimi xatırlayırıq. O, 1989 - cu ildə kəndimizdə ilk əlinə silah alıb 28 nəfər kənd cavanını başına topladı.  Bizi öz övladları kimi qoruyurdu. Ən ağır döyüşlərdə irəlidə özü gedirdi. Mən onunla hansı döyüşə gedirdim, elə bilirdim ki, yanımızda 200-300 nəfər igid  var. Onun  cəsarətli döyüşlərindən  birini yada salmaq istəyirəm.  Canyataq istiqamətində ermənilər bizi tələyə salmışdılar . Patronumuz da bitmişdi. Mühasirədən çıxmağa heç ümidimiz yox idi. Bünyad ratsiya ilə Papravənd rotasından kömək istədi. Amma onlar gələnə qədər hamımız orada ölə də bilərdik. Bünyad gizlin yolla ermənilərin arxasına keçib düşmənin plemyotunu  ələ keçirdi .    Biz mühasirədən çıxana qədər düşmənə göz açmağa imkan vermədi. Hamımız təhlükədən uzaqlaşandan sonra ən axırda özü döyüş yerini tərk etdi. Doğrudur, həmin gün mövqeyimizi bərkidə bilmədik, amma  düşmən tərəf xeyli itki verdi. Heyif ki, komandirimiz bu gün aramızda yoxdur. Onun yoxluğu, yerindəki boşluq hər zaman hiss olunur. "
    Xanlar İsmayılov, Qarabağ veteranı: 
"Binnat və qardaşları təmənnasız döyüşüblər bəzən ölümə getdiklərini bilə - bilə, düşmənin ağır texnikasının qarşısına  adi avtomatla çıxırdılar.   Yaralandıqları həmin gün biz bir yerdə döyüşürdük .   2 fefral 1992 - ci il tarixdə qeyri - bərabər döyüş gedirdi .   Azad etdiyimiz Fərrux kəndinə gecəynən yenidən soxulan erməni silahlı qüvvələri bu dəfə aralarında rus plemyotçularımı almışdılar , onlar bizi mühasirəyə alıb sağ ələ keçirməyə çalışırdılar... Binnat və qardaşları xeyli döyüşdükdən sonra ağır yaralandılar. Binnatı qılçalarından vurduqlarına görə onun   yerimək, mühasirəni yarmaq imkanı yox idi.  Bir qədər döyüşdükdən  sonra düşmənin onu diri tutmaq niyyətini başa düşdü . Vəziyyət çox gərgin idi, bu qeyri - bərabər döyüşdə döyüş dostları Zahid şəhid olmuş, qardaşları Nüsrət, Fikrət də ağır yaralı idilər . 
Buna görədə o, son çarəni əlindəki qumbaranı açıb düşmənin yaxınlaşmasını gözləməkdə onlarla bərabər, özünü də məhv etməkdə görürdü. 
Həmin vaxt  özümü köməyə çatdırdım. Binnat məni görəndə çox yalvardı  ki,  vaxt varkən gedim   və hər kəsə deyim ki, o, düşmənin əlinə sağ keçmədi. Mən də qəti şəkildə bildirdim ki,  onu  qoyub gedə bilmərəm... Mən   pulemyotla düşmənin başını qaldırmasına imkan vermədim. Binnat  qanı süzülə - süzülən, arxası üstə sürünə - sürünə mühasirədən çıxmağı bacardı... O, Aslanlar kimi cəsur, ürəkliydi. heyif ondan, çox heyif, elə oğullar dünyaya tək - tək gəlir".
   Binnat Quliyevin haqqında yüzlərlə döyüş dostlarının  xoş xatirələrini nümunə gətirmək olar. Mən də şahidi olduğum bir faktı demək istəyirəm.  1992-ci il, iyun ayının 28 - də Ermənistan - Rusiya silahlı birləşmələri Ağdamın Qalayçılar və Papravənd kəndlərini, Boyəhmədli istiqamətindəki yüksəkliyi ələ keçirmək planı ilə genişmiqyaslı hücum etmişdilər. Həmin döyüş bəlkə də Birinci Qarabağ savaşlarında Azərbaycan əsgərlərinin ən uğurlu döyüşlərindən biri olub. Düşmən tərəf böyük itki verdilər, texnikaları sıradan çıxarıldı və Qalayçılar kəndinın qəhrəman oğulları kəndə soxulub tankımızı ələ keçirmək istəyən ermənistanlı polkovniki düz gözündən vurmuşdular. Ermənilər nədənsə daha çox o polkovnikin meyidini almağa çalışırdılar. Və meyidi almaq üçün küllü miqdarda pul təklif edirdilər , amma ciblərində bir manatı olmayan, bu oğlanların mənəviyyatı o qədər uca idi ki, Binnat həmin meyidləri öz həyətlərində basdırdı ki, pula şirnikən olmasın. Üç gündən sonra erməni meyidlərini  iki sağ Şuşa sakininə və bir Milli Ordumuzun əsgərinin cəsədinə dəyişdilər. Dəyişilmə prosesi isə çox gərgin şəraitdə, həyatlarını riskə ataraq keçdi.
Yeri gəlmişkən, bir iradımı bildirmək istəyirəm, müşahidəmə əsasən deyə bilərəm ki, nədənsə əksər hallarda əsl döyüşçülər, igidlərdən daha çox müharibə vaxtı daha az xidmətləri olanlar təbliğ olunur, yada düşür.
Binnat Quliyevin xatirəsi Bütün Qarabağ camaatının, döyüş dostlarının, Mirzəyevçilərin yanında daim əzizdir , ucadır. Qazimizin ruhu şad olsun,bu gün Qarabağ  bütünlüklə Azərbaycandır!

    Ziyafət İsmayılov,
 Azərbaycan İqtisadiyyat nazirliyinin əməkdaşı

Digər xəbərlər