usd-1.7000 eur-1.9746 rub-2.3867
Bakı 18°C 3.08 m/s
Son xəbərlər
21-05-2026
17-05-2026
12-05-2026
10-05-2026
05-05-2026
04-05-2026
29-04-2026
26-04-2026
24-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Yaşayaq, var olaq hələ gec deyilkən..

details

ƏDƏBİYYAT

23.05.2026, 19:15 Oxunub: 735

1001info.az təqdim edir. 

Tanrı...

O, açılan sabahda, sərin mehdən dalğalanan zəmidə,

Küləkli havada uçmağa cəhd edən quşların mücadiləsində, duasındadı...

Anamın isti nəfəsində, yanında olduqda belə onun üçün darıxmağımdadı...

Açılan səhərdə, ağlayan yağışlardadı.

Göz yaşının duzlu daddığının fərqinə varan bir körpə təbəssümündədi.

Bağlanan qapı ardında qalan arzuların

                                                     açılan pəncərədə cücərən ümidlərindədi.

Hər gün açılan səhərdədi, hər gün düşən gecədədi.

Tanrı Qaf dağına zəncirlənmiş  Prometeyin əbədi əzabında, əbədi doğuluşundadı.

Tanrı Sizifin bitməyən əzabındadı.

Tanrı hər yerdədi! Vicdanımızda, ruhumuzda, qəlbimizdədi...

Mərhəmətimizdə, səxavətimizdədi...

Və mən Onu görürəm!

Və mən Onu görürəm...

Şükranlığımda görürəm, ümidlərimdə görürəm,

Hər an qəlbimdə səslənən musiqidə görürəm!

Mən Tanrını görürəm!

Anamın isti əllərində, qayğıkeş gözlərində görürəm,

Mənim üşün dua edən səsində, nəfəsində görürəm,

Atamın saçıma çəkdiyi mehriban əllərində görürəm.

Mən Tanrını görürəm...

Hər kədərimdə qucağına sığınıb Onunla etdiyim söhbətlərdə görürəm...

Qəlbimə qoyduğu çəhrayı ümidlərdə görürəm...

Saçlarımda rəqs edən küləklərdə görürəm...

Ala gözlərimdə yaşıl titrəmələrdə görürəm.

Mən Allahı görürəm!

O mənim özümdədi, O sənin özündədi,

O bütün Yaradılışdadı.

İçimdə Günəş doğdu, içimdə ümid doğdu,

Rəngi çəhrayı...kölgəsi qızılı...

Mən Tanrını görürəm !

Mən Tanrını görürəm!

Görürəm !

                                                                                           Bakı. 06.12.2025

Yaşayaq, var olaq hələ gec deyilkən..

 

Yaşayaq, var olaq hələ vaxt var ikən,

Ruhumuza layla çalsın yağan yağışlar,

Ulduzlu gündə Ay elçi getsin Günəşə.

Qəlbimiz aldanmasın saxta sözlərə .

Sürmə naxış çəksin ala gözlərə,

Yaşayaq, var olaq, hələ vaxt var ikən.

Hər səhər bir doğuluş, hər gün bir mücadilə,

Yaşayaq, var olaq, hələ vaxt var ikən...

İnciməyək əyri baxışlardan, soyuq sözlərdən..

Ataq xoşbəxtliyi çiynimizə bir xalça kmi,

Sancaq qəbimizə ümidi bir nişan kimi,

Taxaq yağış damlasını qulağımıza gümüş tanalar kimi...

Yaşayaq, var olaq, hələ vaxt var ikən.

Seyr edirəm Günəşi, Ayı mən,

Dənizi geymişəm əynimə bir libas kimi...

Yolum uzaq, arzum geniş- bir ümman kimi.

Ömrümüz var gün batana kimi...

Dəniz ləpirimizi yuyana kimi...

Yaşayaq, var olaq hələ vaxt var ikən,

Ömrümüz var gün batana kimi...

Dəniz ləpirimizi yuyana kimi...

Yaşayaq, var olaq hələ vaxt var ikən

Yaşayaq, var olaq hələ gec deyilkən..

Yaşayaq!

Var olaq!

Var olaq!                 

                                                                                               Bakı. 13.12.2025

 

Duam müqəddəs, yolum bəlli

Baxıram uzaqlara, sonsuz dənizlərə,

Buzlu havada tufanla mücadilə edən gəmilərə,

Gəmilərlə birgə üzən balıqlara.

Başım üstə qanad açır ağ qağayılar,

Qar yağır payız rəngli saçlarıma.

Rəngini yaz göyəmindən almış gözlərimə.

Sözlərim Tanrı dərgahında barınan dualar.

Qar yağır çiyinlərimə, ovuclarıma, yanağıma.

İzlərimdən baş qaldırır buğda dənəsi.

Göyərir, cücərir, ucalır Tanrı dərgahınadək.

Bir qurdun mavi gözlərindən baxıram,

Duam müqəddəs, yolum bəlli.

Aradığım nə ? Axtardığım nə?

Ruhum neçə cismin Tanrı qonağı olmuş bu gediş-gəlişlərdə...

Yorğunam... Yorğunam qızılı-gümüşü balıqlar,

Yorğunam çox...

Axtardığım insanlar arasında İnsan!

Aradığım İnsanlar arasında İnsan!

Yorğunam qızılı-gümüşü balıqlar,

Yorğunam çox...

Aradığım İnsanlar arasında İnsan!

İnsanlar arasında İnsan!

İnsan ! İnsan ! İnsan !..

                                                                                          Bakı. 08.02.2026

 


Qəlbi olanın yolu asan olmur

Tanrı öncə boyuna, sonra qəlbinə baxdı,

“Qəlbinə görə biçəcəm həyat adlı əlbisəni”, -  dedi

O gündən saçlarıma yağır dörd fəsil.

Qəlbi olanın yolu asan olmaz;

Bəzən qasırğalar, tufanlar arasında batıram,

Bir görürəmgümüşü, qızılı balıqlar xilasa gəlir,

Bir görürəm yağışlar yağır, gün qurudur ümidlərimi,

Bir görürəm çiçək açır ovcumdakı arzular.

Anladığım bu: Qəlbi, ruhu olanın bir yolu olmalı.

Dörd fəsli bir gündə yaşadığın da ola bilər.

Hamar olmur bu insanların yolu,

Ancaq önəmli olan İnsan olaraq doğulub,

                                    İnsan olaraq yolu bitirmək.

İzlərin belə insanlara məlhəm olsun,

Ruhsal toxunuşun belə işıq salsın ruhlara.

Burdan bir insan keçdi desinlər ardınca,

İnsan!!

 

                                                                               Bakı. 15.02.2026

 

Və...

Həyat ciddiyə alınacaq qədər ciddi nəsnə deyil,

Bu gün varsan, sabah...

Və qasırğaya düşmüş gəmilər yenə limana can atacaq,

Və qağayılar yenə balıqlara aşiq olacaq,

Və Günəş yenə doğacaq.

Hardasa çəhrayı meh əsəcək,

Hardasa ağ kəpənəyə dönüb bir qızın dağınıq hörüklərini süsləyəcək.

Və...

                                                                               Bakı. 15.02.2026

 

Lamiyə Yadigar qızı Cəlilova

AJB-nin üzvü, dilçi-filoloq

 

 

 

 

 

Digər xəbərlər