ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Referans MediPark Hospital”da regionda ilk neyrocərrahiyyə əməliyyatı uğurla icra olunub - Fotolar
SAĞLAMLIQ
21.07.2026, 13:32 Oxunub: 594Mingəçevir şəhərində yerləşən “Referans MediPark Hospital”da növbəti mühüm tibbi uğura imza atılıb. Belə ki, regionda ilk neyrocərrahiyyə əməliyyatı uğurla icra olunub.
1001info.az xəbər verir ki, bu mühüm hadisə regionda yüksəkixtisaslı neyrocərrahi xidmətlərin inkişafı baxımından əlamətdar olmaqla yanaşı, “Referans Medical Group” tərkibində uğurla həyata keçirilən ilk neyrocərrahiyyə əməliyyatı kimi də tarixə düşüb.
İlk neyrocərrahiyyə əməliyyatı neyrocərrah Op. Dr. Zaur Ramixanov tərəfindən müasir tibbi standartlara uyğun şəkildə uğurla həyata keçirilib. Əməliyyat zamanı ən son tibbi texnologiyalardan istifadə olunub, pasiyentin təhlükəsizliyi və əməliyyatın yüksək keyfiyyətlə icrası əsas prioritet kimi təmin edilib.
“Referans MediPark Hospital”da neyrocərrahiyyə xidmətinin fəaliyyətə başlaması ilə yanaşı, müxtəlif cərrahi istiqamətlər üzrə mürəkkəb əməliyyatlar da uğurla icra olunur. Müasir əməliyyat otaqları, qabaqcıl tibbi avadanlıqlar və peşəkar həkim heyəti sayəsində hospital region sakinlərinə beynəlxalq standartlara uyğun, təhlükəsiz və keyfiyyətli cərrahi xidmətlər təqdim edir.
İlk neyrocərrahiyyə əməliyyatının uğurla icra olunması “Referans MediPark Hospital”ın yüksəkixtisaslı tibbi xidmət imkanlarının daha da genişləndiyini göstərir.
Bu yenilik Mingəçevir və ətraf bölgələrdə yaşayan vətəndaşların həm neyrocərrahi, həm də digər yüksəkixtisaslı cərrahi xidmətlərə daha əlçatan şəkildə çıxışını təmin edir. Artıq pasiyentlər mürəkkəb əməliyyatlar üçün uzaq məsafələr qət etmədən, yaşadıqları bölgədə müasir tibbi standartlara uyğun diaqnostika və müalicə xidmətlərindən yararlana bilirlər.
Fəaliyyətini müasir tibbi yanaşmalar əsasında inkişaf etdirən “Referans MediPark Hospital” yüksəkixtisaslı həkim heyəti, innovativ tibbi texnologiyalar və pasiyentyönümlü xidmət prinsipi ilə region sakinlərinə etibarlı səhiyyə xidmətləri təqdim etməyə davam edir.
Hospitalda yeni tibbi xidmət istiqamətlərinin tətbiqi və mürəkkəb əməliyyatların uğurla icra olunması regionun aparıcı tibb müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Ünvan: Mingəçevir şəhəri, N. Nərimanov küç. 28
Əlaqə: +994 50 234 50 63 | +994 50 234 50 62
Çağrı Mərkəzi: *0033