usd-1.7000 eur-1.9410 rub-2.1685
Bakı 26°C 3.01 m/s
Son xəbərlər
21-07-2026
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026
27-06-2026
22-06-2026
14-06-2026
09-06-2026
06-06-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Yasamal RİH vətəndaş müraciətlərinə operativ baxır: bir ayda 400-dən çox qəbul

details

CƏMİYYƏT

21.07.2026, 12:17 Oxunub: 1256

Yasamal RİH-də ay ərzində yüzlərlə sakin qəbul edilib 

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll olunması ilə bağlı verdiyi tapşırıqlara əsasən, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən cari ay ərzində vətəndaş qəbulları və səyyar görüşlər intensiv şəkildə davam etdirilib.

1001info.az “Qafqazinfo" saytına istinadən  xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən rayonun müxtəlif ərazilərində keçirilən səyyar qəbullar zamanı vətəndaşlarla birbaşa ünsiyyət qurulub, onların problem və təklifləri yerində dinlənilib, bir sıra ünvanlara baxış keçirilib, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Cari ay ərzində keçirilən qəbullarda 400-dən çox rayon sakini qəbul olunub. Daxil olan müraciətlərin böyük əksəriyyəti yerində araşdırılıb, təxminən 80 faizi üzrə müsbət qərarlar qəbul edilərək operativ həll təmin olunub, əlavə araşdırma və digər dövlət qurumlarının səlahiyyətinə aid məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə icraya yönləndirilib.

Qəbullar zamanı vətəndaşlar əsasən:

• çoxmənzilli yaşayış binalarında cari və əsaslı təmir işləri;

• dam örtüklərinin və lift təsərrüfatının yenilənməsi;

• məhəllədaxili yolların təmiri və asfaltlanması;

• həyətlərin abadlaşdırılması və işıqlandırılması;

• su, kanalizasiya, qaz və elektrik təsərrüfatı ilə bağlı problemlər;

• məşğulluq və sosial müdafiə məsələləri;

• ağacların budanması və ekoloji vəziyyət;

• mənzil-məişət və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər ediblər.

Qaldırılan məsələlərin əhəmiyyətli hissəsi yerində həllini tapıb, bir sıra müraciətlər üzrə isə icra mexanizmi işə salınıb. Əlavə maliyyə və ya digər dövlət qurumlarının iştirakı tələb edən məsələlər nəzarətə götürülərək icrası üçün müvafiq təşkilatlara yönləndirilib.

Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş qəbullarının əsas məqsədi sakinlərlə birbaşa təmasın gücləndirilməsi, problemlərin yerində öyrənilməsi və operativ həllinə nail olunmasıdır. Rayon rəhbərliyi tərəfindən keçirilən mütəmadi səyyar qəbullar və ərazi baxışları bu istiqamətdə səmərəli nəticələr verməkdə davam edir.

Yasamal Rayon İcra Hakimiyyəti vətəndaş məmnuniyyətinin artırılması, müraciətlərə çevik və obyektiv baxılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Yasamal Rayon İcra Hakimiyyətinin qəbulunda iştirak etmək istəyən vətəndaşlar bu formanı doldurub quruma göndərməlidirlər.

https://yasamal-ih.gov.az/az/qebul.html

Digər xəbərlər