ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Şəhid ailələri ziyarət edildi- FOTOLAR
ŞƏHİDLƏR -Qazilər
23.03.2024, 00:42 Oxunub: 2511Vətən torpaqlarının işğaldan azad edilməsi üçün döyüşərkən ən ali məqama ucalan şəhidlərin xatirəsi daim uca tutulur, ailələri isə diqqət və qayğı ilə əhatə olunur.
1001info.az xəbər verir ki, Novruz bayramı günlərində tarix elmləri üzrə fəlsəfə doktoru, ictimai xadim İradə Əlili və Vətən Müharibəsi Veteranları Birliyi Sabirabad rayon şöbəsinin sədri, Birinci Qarabağ qazisi Faiq Hüseynov Novruz bayramı münasibəti ilə Sabirabad rayonu Şıxlar kəndindən I Qarabağ müharibəsi zamanı zamanı itkin düşmüş Davud Xankişiyevin ailəsinin ziyarət ediblər. Qeyd edək ki, İtkin düşmüş Davudun yolunu gözləyən iki bacısı vardır. Görüş vaxtı bacılar ömrümüz boyu qardaşımızı gözləyəcəyik deyərək Faiq Huseynovun onları tez-tez ziyarət etməsindən razılıq ediblər.
Daha sonra Şəhid mayor Anar Məmmədovun ailəsi ilə səmimi görüş olub.Qəhrəman şəhidin anası Sevda xanım oğlu ilə bağlı xatirələrini danışıb, onunla fəxr etdiyini deyib.
İradə Əlili və Faiq Hüseynov daha sonra I Qarabağ müharibəsinin Şəhidi Tərlan Novruzovun , şəhid Sabir İsmayılovun, Qaratəpə kəndindən Şəhid olan Toğrul Məmmədovun
Ulacalı kəndinin igid oğlu Şəhid Aqşin Ağayevin ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının doğmalarının bayramını təbrik ediblər. Şəhid valideynləri övladlarının vətənpərvərlik amalından və döyüş yolundan danışıblar.
İradə Əlili vurğulayıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir.
Allah Şəhidlərimizə rəhmət eləsin!