usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 4.57 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Qarabağın açarını gətirəcəyəm"... - Kamalə ABİYEVA yazır

details

ŞƏHİDLƏR -Qazilər

01.11.2023, 10:41 Oxunub: 1898

                      Qarabağın açarını gətirəcəyəm

İlqar Elçin oğlu İbrahimov 2002-ci il iyun ayının 25-də Astara rayonunun Təxtənəkəran kəndində dünyaya gəlib. 2008-2019-cu illərdə Şişqaya uğrunda döyüşlərdə qəhrəmanca şəhid olan Elşən Baxşıyev adına Rinə tam orta kənd  məktəbində təhsil alıb. Yaxşı oxumaqla yanaşı, bütün ictimai işlərdə fəal iştirak edib.
2020-ci ilin iyulunda xidmətə çağırılanda İlqar ömrünün 19-cu ilinə yenicə qədəm qoymuşdu. Hələ çoxunun gözündə "uşaq" idi.
Təhsil aldığı məktəbin direktoru  Fikrət Kəkəyev: "Biz onlara uşaq deyirik. İllər sonra da məzunlarımız bizim üçün uşaq olaraq qalır. Amma bu uşaqların arasında İlqar kimi yaşından tez böyüyənlər də olur - düşüncəsinə, davranışına görə. Çox zəki, boy-buxunlu, qamətli idi. O saat diqqət çəkirdi. İnanırdıq ki, fəxrimiz olacaq. Xalqımız qürurlu xalqdır. Bu qüruru İlqar kimi oğullar qoruyub. Yaxşı  oxuyardı. Yurdunu, elini, obasını sevən biri idi".
Oxuduğu müddətdə olduğu kimi hərbi xidmətdə də intizamı ilə seçilib. Zəfər tariximizi yazanlardandı İlqar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən savaşının döyüşçüsü idi. Suqovuşanın, Ağdərənin azadlığında iştirak edib. Oktyabrın 3-də Ağdarənin Tülküdərə kəndi uğrunda döyüşlərdə şəhid olub.
Anası Tünzalə xanım: "Oktyabrın 3-də səhər danışdı mənimlə. Ağladığımı hiss elədi. "Yaxşıyam. Sənin oğluna burda qəhrəman kimi baxırlar, sən ağlayırsan. Qəhrəman anası ağlamaz" - dedi. Balamın səsini eşitmədim ondan sonra. Elə həmin gün günortadan sonra şəhid olub. Şəhid olan gün mənə deməyiblər, ayın 4-də gətirildi balam. Boy-buxunluydu, yaraşıqlıydı İlqarım.  Ölümü də özünə yaraşdı".
Heykələ dönürdüm bu anaların qarşısında. Donub qalırdım. Gah da əriyirdim...

Doğma el-obasında onun adını daşıyan abidə kompleksini və bulağı Vətən müharibəsi qazisi, tabor komandiri Əli Səttarovla birlikdə döyüş yoldaşları açıb. İlqar bulağı axır indi. İlqar, Şahnur, Fədail, Elçin, Baba adlı bulaqlar axacaq bu yurdda həmişə. Yanğımıza məlhəm olacaq. Doğma yurdun hər qarışına bərəkət gətirəcək, gül-çiçək bitirəcək.
Döyüş dostları "məhz İlqar kimi oğullara görə bu gün  hamımız qürurluyuq" - dedilər.
Nə desək, onların elədiklərinin yanında görünmür.
Astara rayon Təhsil şöbəsinin müdiri Rəşad müəllimin dediyi kimi, İlqarlar bizi boynubükük yaşamaqdan xilas etdi.
"Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub İlqar Elçin oğlu İbrahimov.
"Uşaqlıqdan hərbi geyim istəyirdi məndən, almışdım. Deyirdi gedib Qarabağın açarını gətirəcəyəm. Bax, ata, Mübariz də İbrahimovdur, mən də İbrahimovam. Onun kimi olmalıyam. Çox zəhmətkeş idi. Bütün işlərdə köməkçim olub. Hətta ona yararsız kimi hərbi bilet almaq istəyirdim, nə gizlədim, necə həyəcanlanıb narahat oldusa, "mən yararsız adla heç cür yaşaya bilmərəm", - deyib utandırdı məni. "Elə-belə sözdü dedim" söyləyib sakitləşdirdim onu. İyulun 10-da çağırış oldu. Onu çağırmadılar. Tez-tez hərbi komissarlığa zəng edirdi, gedirdi, niyə məni çağırmadınız soruşurdu. Elə bil hiss eləmişdi müharibə olacaq. Hər gün gözləyirdi çağırışı, tələsirdi əsgər getməyə. Şəhidliyə tələsirdi oğlum..." - atası Elçin oğlunu belə xatırladı.
Döyüş yoldaşı, tabor komandiri Əli Səttarov: "Gənc idi. Amma gəncliyimizin vüqarının təmsilçisi oldu. Çox intizamlı, məsuliyyətli idi. Əsgərin şəhidliyini görmək də bir ayrı əzabdır. Çox gənc idi, axı... Ən çətin döyüş tapşırıqlarını yerinə yetirirdik. Üçüncü tapşırığı yerinə yetirərkən şəhid oldu. Hərbi xidmət boyu özünü vüqarlı, cəsur biri kimi göstərdi taborda".
Kəndin ağsaqqalı, İkinci Qarabağ savaşının baş giziri, döyüş maşın komandiri, 23 il vətənə xidmət edən Zülfü Ağayevin atası Ağali Ağayev kövrək, amma məğrur danışdı: "Torpaq başqa bir şeydir. Torpaq sevgisi ayrıdır. Torpaq anadır deyirik, anadan da ötədi. Çünki hamımıza o qucaq açır. Hamımızı o qəbul edir. Onu qorumaq hər birimizin borcudur. Mənim də oğlum bu döyüşdə şəhid oldu. Bu gün oğlumla fəxr edirəm".
Nə desək, onların elədiklərinin yanında çox cılız görünür. Mübariz İbrahimovla eyni soyadı daşımağı ilə fəxr edən, Pəncəli Teymurovu idealı sayan İlqar onlar kimi olmaq arzusuyla yaşayırdı. Arzusuna çatdı İlqar.
25 iyun 2021-ci ildə 19 yaşına İlqar bulağı açdılar doğma kəndində. O bulaqdan elə bil Mübariz, Polad, Pəncəli olmaq arzusu axır.
Bir yeniyetmə bulaqdan su içdi. Sonra ovucları ilə ətrafa su səpdi. Aydınlıq, nur səpildi Vətən torpağına İlqar bulağından.
 

Digər xəbərlər