usd-1.7000 eur-1.9770 rub-2.3795
Bakı 17°C 7.74 m/s
Son xəbərlər
24-05-2026
23-05-2026
21-05-2026
17-05-2026
12-05-2026
10-05-2026
05-05-2026
04-05-2026
29-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Biri vardı, biri yoxdu, bu dünyada bir Maşallah müəllim vardı...

details

ŞƏHİDLƏR -Qazilər

27.05.2026, 21:08 Oxunub: 1154

Yaşasaydı indi onun 76 yaşı olacaqdı. Vətənə, millətə xidmət etmək onun həyat fəlsəfəsi idi. Bu fəlsəfəni mənimsəyən insanlar şəxsi maraqlarını arxa plana keçirərək, dövlətçiliyin möhkəmlənməsinə və xalqın milli-mənəvi inkişafına ömürlərini həsr edirlər. 

Mərhum Xalq şairi Musa Yaqub bir şeirində dediyi kimi...

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın! 

Bax budur Vətənə xidmət, Xalqa məhəbbət! 

O, zamanında həm Xalqı, həm də  Dövləti sevməyi öyrətdi insanlara. Öləndən sonra adının daim hörmətlə və xoş xatirələrlə çəkilməsini istəyirdi o insan... "Yaxşılıq et və iz burax". İnsanların qəlbində yaşamağın və əbədi xatırlanmağın tək yolu onlara təmənnasız xeyir vermək, gözəl əxlaq və silinməz xoş xatirələr qoymaqdır. Dahi şəxsiyyətlərin və filosofların bu barədə dediyi kimi: 

Bəli, bu insan Xalqını, Millətini sevən, özü demiş, " mən öləndə deyəcəklər: biri vardı, biri yoxdu, bu dünyada bir Maşaallah Abdullayev vardı".… Söhbət  Xalqını,  Millətini seven bir insandan, Azərbaycanın Milli Qəhrəmanı kimi ən böyük ada layiq görülən, Azərbaycan ilk parlamentinə demokratik yolla seçilərək  " Azərbaycan Müstəqillik Aktına" imza atan, 1992-1993-cü illərdə Goranboy rayonunun İcra başçısı işləyən Maşallah Babakişi oğlu Abdullayevdən gedir. O Maşallah Abdullayev ki, torpaqlarımıza təcavüz ediləndə əlinə ilk silah götürərək onun müdafiəsinə qalxanlardan oldu. Başına Vətənpərvər gəncləri toplayaraq Goranboy Ərazi Özünümüdafiə Taborunu yaratdı. Bu tabor yarandığı ilk gündən düsmənə qənim kəsildi. Məhz bu igidlərin sayəsində  keçmiş Şaumyankənd rayonunun əraziləri, o cümlədən Qaraçinar, Todan, Mənəş, Buzluq, Ağcakənd və.s. kəndlər erməni yaraqlılarından təmizləndi. Qısa müddət ərzində tabor Ağdərənin bir hissəsinə nəzarət etməyi bacardı.

Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Atası Babakişi Abdullayev Qərbi Azərbaycanın Dərələyəz mahalından köç edərək buranı özünə yurd yeri seçmişdir. Maşallah Abdullayev Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969–1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət  Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya- vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir. 1988-ci ildə Xalq Hərakatına qoşullaraq, torpaqlarımızın müdafiəsinə qatılmışdır. Ömrünun son gününə qədər öz mövqeyindən çəkilməmişdir. 

Onu Goranboylular özlərinə bir el ağsaqqalı sanırdı. Qapısına gedəni heç vaxt əliboş geri qaytarmırdı. Bu idi onun həyat fəlsəfəsi.... Təəssüflər olsun ki, həyat onu bizim əlimizdən tez alıb apardı. 

26 oktyabr 2022-ci ildə ağır xəstəlikdən  vəfat etdi. Goranboy şəhər qəbiristanlığında dəfn edilib. 

Onun böyük arzusu idi torpaqlarımızı azad görmək. Ana vətəni Kəlbəcərdə qurban kəsmək. Ancaq xəstə olmasına baxmayaraq bu möhtəşəm qələbənin sevincini yaşadı da... Kəlbəcərdə qurban kəsməsi arzusunu isə yeganə övladı Gülxanım Abdullayeva bu yaxınlarda yerinə yetirdi. Demək Vətən torpağı azaddırsa, Masallah müəlimin də ruhu azaddır. Allah rəhmət eləsin!

VÜQAR ƏSGƏROV 

Digər xəbərlər