usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Unudulmaz komandir İlyas Hüseynovun doğum günüdür

details

ŞƏHİDLƏR -Qazilər

18.03.2024, 13:35 Oxunub: 2632

       1001info.az  xəbər verir ki, bu gün Vətən, xalq, millət deyə döyüşə atılan əfsanəvi bir  qəhrəmanın  İlyas Hüseynovun doğum günüdür.  Bununla bağlı onun qardaşı Milli Qəhrəman İbad Hüseynli sosial şəbəkə səhifəsində duyğularını paylaşıb, onu xoş xatirələrlə, qürur və fəxarət hissi ilə yad edib. 

Xatırladaq ki, 1992—93-cü illərdə 831 saylı taburun batareya komandiri, qərargah rəisi, 1993-97-ci illərdə 151 saylı taburun komandiri, sonralar 161 saylı hərbi hissənin 1-ci taburunun komandiri İlyas Hüseynov 1961-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur.
1979-cu ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə hərbi xidmətini başa vurandan sonra 1981-ci ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərinə getmiş və qardaşı Əbülfət Hüseynovla birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşlar. 1988-ci ildə respublikada baş verən hadisələr zamanı qardaşlar 10 il ərzində qazandığı hər şeyi — şəxsi əmlakını, biznesini, təsərrüfatını, evini tərk edərək Azərbaycana qayıtmışlar.
İlyas Qarabağa qayıtdığı sonra şəxsi vəsaiti hesabına Sovet ordusundan silah-sursat alır. Müdafiə hazırlığı tədbirləri keçirir, əsgərlərin döyüş qabiliyyətinin yüksəldilməsinə çalışır. 1992-ci ilin yanvar ayında Muğanlı kəndinin müdafiəsi üçün ilk rəsmi bölük yaradılır və İlyas Hüseynov komandir təyin edilir.
Yanvar ayının 6-da Qarakənd istiqamətində ermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, elə həmin ayın 11-də və 14-də ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısını almaq məqsədi daşıyan əməliyyatların əsas təşkilatçısı və iştirakçılarından biri İlyas Hüseynov olmuşdur. 
1992-ci il iyul ayının 15-də Müdafiə Nazirliyinin əmri ilə Xocavənd rayonundakı kəndlərin özünümüdafiə dəstələri birləşdirilərək 831 saylı hərbi hissə yaradılır, komandir mayor Əsgərov, artilleriya batareyasının komandiri isə İlyas Hüseynov təyin edilir.
Avqust ayının axırlarında İlyasın başçılıq etdiyi taburun bazasında müdafiə nazirinin əmri ilə 161 saylı alay yaradılır. Alayın formalaşması bir neçə ay çəkir və bu dövrdə 161 saylı alayı yalnız 1-ci tabur təmsil edir. İlyasın qeyri-adi igidliyi, vətənpərvərliyi, Azərbaycan dövlətinə sadiqliyi bu taburu istənilən tapşırığı yerinə yetirə bilən döyüşkən bir bölüyə çevirir.
1994-cü il yanvarın 26-da tabur Xocavənd rayonunun Kuropatkin və Muğanlı kəndi istiqamətində növbəti hücum döyüşü aparır və ermənilərin xeyli geri çəkilməsinə nail olur. Artıq, Kuropatkin kəndi alınmaq üzrə idi. Lakin səhər açılarkən məlum olur ki, sağ və sol cinahda hücum edən taburlar döyüşə girməyib. Belə bir şəraitdə düşmən, nəyin bahasına olursa-olsun, itirilmiş mövqeləri geri qaytarmaq istəyir, güclü əks-hücum təşkil edir. Qeyri-bərabər döyüşdə ermənilərin 60 nəfərə qədər canlı qüvvəsi məhv edilir. 70 nəfərə qədər əsgər və zabiti yaralanır, 1 tank, 1 BMP, 1 zenit qurğusu sıradan çıxarılır. İlyasın taburundan isə 17 nəfər şəhid olur. Bu döyüş nəticəsində Xocavənd rayonunun xeyli hissəsi işğaldan azad olunur. Həmin yerlər Dağlıq Qarabağın yeganə ərazisidir ki, bu gün də bizim nəzarətimiz altındadır. 1994-cü ilin fevral ayında İlyas Hüseynov təkrar yaralanır. Sarıcalı qospitalında tibbi yardım alır, həkimlərin təkidli etirazlarına baxmayaraq hərbi hissəyə qayıdır.
10 aprel 1994-cü ildə ulu öndərimiz cəbhə xəttinə gəlir, İlyas Hüseynovun rəhbərlik etdiyi taburda olur, əsgərlər qarşısında çıxış edir, onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırır. 
12 aprel 1994-cü ildə düşmən Mərzili istiqamətindən Qiyamadınlı kəndi istiqamətində hücuma keçir. İlyasa hücumun qarşısını almaq tapşırığı verilir. Qeyri-bərabər döyüşdə ermənilər canlı qüvvə və 1 tank itirərək geri çəkilməyə məcbur olur. Aprel ayında düşmən cəbhənin başqa bir tərəfində — Tərtər, Ağcabədi, Ağdam bölgəsində hücumlarını gücləndirir. Nəticədə Ağdam rayonunun Güllücə, Şıxlı, Suma və Tağıbəyli kəndlərini ələ keçirir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq İlyas Hüseynovun taburu həyəcan siqnalı ilə həmin bölgəyə çağırılır. Cəmi bir neçə saat çəkən gərgin döyüşlər onunla nəticələnir ki, Tağıbəyli və Suma kəndləri düşməndən azad edilir. Döyüşlərdən sonra İlyasın təqdimatı əsasında 12 şəxs zabit rütbəsi alır.
1994-cü ilin may ayından isə atəşkəs rejimi qüvvəyə minir. Artıq səhhəti İlyasa hərbi qulluğunu davam etməyə imkan vermir. Bir neçə dəfə yaralanmış, kontuziya almış İlyas Hüseynov ordu sıralarından ehtiyata buraxılması barədə müraciət edir. Cəsur döyüşçü tərxis olduqdan sonra da doğma hərbi hissəsi ilə əlaqəsini kəsmir, daim əsgərlərlə görüşür, onları qələbəyə ruhlandırırdı.
İlyas Hüseynov Vətənə, torpağa, Milli Ordumuza xidmət etmişdi. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, xalq arasında böyük hörmət qazanmış İlyas Hüseynov döyüşlərdə aldığı ağır yaraların təsirindən 2006-cı il aprel ayının 13-də 45 yaşında dünyasını dəyişdi. 

Allah rəhmət eləsin!

 

Digər xəbərlər