usd-1.7000 eur-1.9737 rub-2.0885
Bakı 16°C 4.77 m/s
Son xəbərlər
20-10-2025
15-10-2025
13-10-2025
09-10-2025
08-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 Mədəniyyət naziri  Adil Kərimlinin doğum günüdür

details

MƏDƏNİYYƏT

22.10.2025, 14:03 Oxunub: 624

Azərbaycan mədəniyyətinin, milli dəyərlərin fədakar və sədaqətli qoruyucusu – Adil Kərimlinin doğum gününə səmimi təbrik

Azərbaycanımızın zəngin və rəngarəng mədəniyyətinin qorunması, tədqiqi və dünya səviyyəsində tanıdılması istiqamətində son illər atılan addımlar ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Bu uğurlu prosesin önündə dayananlardan biri də Mədəniyyət naziri Adil Kərimlidir.

Adil müəllim uzun illər ərzində Azərbaycan tarixinin, mədəniyyətinin və mədəni irs nümunələrinin öyrənilməsinə böyük diqqət göstərib. İndi isə həmin dərin bilik və təcrübəsini ölkəmizin mədəniyyət siyasətinin inkişafına uğurla yönəldir. Onun fəaliyyəti təkcə idarəçilikdən ibarət deyil – bu, milli-mədəni dəyərlərə olan səmimi bağlılığın bariz nümunəsidir.

Nazir kimi işə başladığı gündən mədəniyyət sahəsində şəffaflıq, modern idarəetmə və sistemli yanaşma əsas məqsədlərindən biri olub. Tarixi abidələrin bərpası, muzeylərin yenilənməsi və regionlarda mədəni həyatın canlanması onun diqqətindədir və bu istiqamətdə böyük layihələr həyata keçirilir.

Adil Kərimlinin təşəbbüsü ilə bir çox mədəniyyət ocaqları yenidən fəaliyyətə başlayıb, gənc yaradıcıların potensialını üzə çıxarmaq üçün yeni imkanlar yaradılıb. Onun rəhbərliyi altında keçirilən beynəlxalq festivallar və sərgilər Azərbaycan mədəniyyətinin dünyada daha çox tanınmasına böyük töhfə verir.

UNESCO və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq nəticəsində mədəni irsimiz daha geniş coğrafiyalarda hörmətlə qarşılanır.

Ənənə ilə yeniliyi birləşdirmə bacarığı ona həm ölkədə, həm də xaricdə böyük hörmət qazandırıb. Onun fəaliyyəti dövlətçiliklə mədəniyyətin gözəl vəhdətinin parlaq nümunəsidir.

Azərbaycan mədəniyyətinin dünəninə, bu gününə və sabahına ürəkdən bağlı olan insanların fəaliyyəti həmişə dəyərli və hörmətə layiqdir.
Adil Kərimlinin adı isə bu dəyərli yolun öncüllərindən biri kimi uzun illər yaddaşlarda qalacaq.

1001info.az saytı olaraq fəaliyyəti dövründə təkcə vəzifə daşıyan bir məmur  deyil, həm də mədəni irsimizə dərin hörmətlə yanaşan, onu sevən və yaşadan ziyalı kimi tanınan Adil Kərmlini təbrik edirik.

İnanırıq ki,  Azərbaycanın zəngin mədəni irsi onun  rəhbərliyilə  dünya miqyasında daha çox tanınıb təbliğ ediləcək.

 

Digər xəbərlər