ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Akademik Milli Dram Teatr ilə Qırğızıstan Milli Filarmoniyası rəhbərliyi arasında görüş olub
MƏDƏNİYYƏT
18.04.2026, 22:46 Oxunub: 49Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Qırğızıstan Milli Filarmoniyasının direktoru, Xalq artisti Qırqızbay Osmonovla görüşüb.
1001info.az xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində, o cümlədən teatr sənəti üzrə əməkdaşlıq yüksək qiymətləndirilib. Azərbaycanla Qırğızıstan arasında yaradıcı əlaqələr tarixi və mədəni yaxınlıq üzərində qurulub. Bu əlaqələr hər iki xalqın ortaq köklərini və dəyərlərini əks etdirir.
Akademik Milli Dram Teatrı hər zaman belə böyük layihələrə dəstək verib və yeni layihələrin icrası üçün hazırdır. T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı ilə Akademik Milli Dram Teatrı arasında ötən il imzalanan əməkdaşlıq Memorandumunun əhəmiyyəti qeyd olunub.




İki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir.
Görüşdə Qırğızıstan Milli Filarmoniyasının "Cəmilə" tamaşa-müzikli ilə Azərbaycana qastrol səfəri yüksək qiymətləndirilib. Yazıçı Çingiz Aytmatovun yaradıcılığına Azərbaycanda hər zaman böyük diqqət olub. Bildirilib ki, Akademik Milli Dram Teatrının repertuarında Çingiz Aytmatovun “Əsrə bərabər gün” və “Manqurt” tamaşaları var.
Qırğızıstan Milli Filarmoniyasının direktoru, Xalq artisti Qırqızbay Osmonov qonaqpərvərliyə və yüksək təşkilati dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib.
Digər xəbərlər