usd-1.7000 eur-2.0052 rub-2.0331
Bakı 22°C 4.5 m/s
Son xəbərlər
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Salyan rayonunda şəhid ailələri  ziyarət edilib

details

CƏMİYYƏT, ŞƏHİDLƏR -Qazilər

27.09.2023, 15:11 Oxunub: 1564

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu günün tarixinə qısaca nəzər salaq.  Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

27 Sentyabr “Anım günü” ilə bağlı ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Salyan rayonundan olan şəhidlərin ailələri də ziyarət edilib.

Səmimi, duyğu dolu anlarla yadda qalan  görüşlərdə  Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrilib və əsrlər boyu yaddaşlara həkk olunacaq. Bu hadisədə böyük fədakarlıq göstərmiş qəhrəmanlarımızı isə hər zaman yad edəcəyik.

 İcra başçısı Ali Baş  Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin  fəxr edib, qürur duyduğunu vurğulayıb. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas borc, öhdəlik olduğunu da bir  daha xatırladıb.

Digər xəbərlər