usd-1.7000 eur-1.7890 rub-1.5962
Bakı 7°C 4.12 m/s
Son xəbərlər
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Şəhid Məhəmməd Əmənovun şəhadətinin üçüncü il dönümüdür

details

ŞƏHİDLƏR -Qazilər

20.10.2023, 16:19 Oxunub: 4546

Bu gün " Qarabağ” ordenli şəhid Məhəmməd Əmənovun şəhadətinin üçüncü anım günüdür .


1001info.az xəbər verir ki, anım günündə  Biləsuvar rayonunda şəhidimizin  xatirəsinə ehsan süfrəsi açılıb, dualar oxunub, ailəsi və məzarı ziyarət olunub.Tədbirlərdə rayon ziyalıları,  ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, 30 ildən bəri erməni işğalında olan ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum əməliyyatı zamanı Məhəmməd Əmənov xüsusi qəhrəmanlıq göstərərək düşməni məhv edib, Suqovuşanın azadlığı uğrunda döyüşüb və Ağdərə istiqamətində ağır döyüşlərdə qəhrəmancasına  şəhid olub.


Qeyd edək ki, şəhid Məhəmməd İltizam oğlu Əmənov 1996-cı ildə Biləsuvarın Bağbanlar kəndində anadan olub. Orta məktəb illərindən Vətən təəssübü ilə böyüyən gənc Məhəmməd həqiqi hərbi xidmət dövründə hərb sirlərinə peşəkarcasına yiyələnir. Hərbi xidmətini başa vursa o, Gizirlik məktəbində “Tank komandiri” ixtisası üzrə kursları uğurla bitirərək, Goranboy rayonundan xidmətini davam etdirməyə başlayır. Gizir Məhəmməd Əmənov hələ 2016-cı ilin Aprel döyüşlərində əks hücum əməliyyatlarında düşmənə layiqli cavab verən tank komandirlərindən olmuşdu. Mərdliyi, qorxmazlığı ilə komandirlərin diqqətini çəkən Məhəmməd növbəti belə bir şansı 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində yenidən qazanır. O, Goranboy, Tərtər istiqamətlərindən tankı ilə düşmən üzərinə yeriyir.

Vətən müharibəsində rəşadətli döyüş yoluna görə Ali Baş komandanın sərəncamı ilə tank komandiri, gizir Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü medalları və “Qarabağ” ordeni ilə təltif olunub.


 

Digər xəbərlər