usd-1.7000 eur-1.9841 rub-2.0928
Bakı 17°C 6.94 m/s
Son xəbərlər
15-10-2025
13-10-2025
09-10-2025
08-10-2025
03-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Tədqiqatçı alim Mahir Qəribovun 50 yaşı tamam olur

details

CƏMİYYƏT

20.10.2025, 14:51 Oxunub: 669

Bu gün Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin əməkdaşı, ssenarist, tarix üzrə fəsəfə doktoru  Mahir Qəribovun 50 yaşı tamam olur.

Qeyd edək ki, Mahir Heydər oğlu Qəribov 20.10.1975-ci ildə Naxçıvan MR Babək rayonu Şıxmahmud kəndində anadan olub. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix ixtisası üzrə Bakalavr pilləsini, 1999-cu ildə isə həmin ixtisas üzrə Magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildə Türkiyə Respublikasının Ankara Universitetində Doktoranturaya qəbul olub. 1999-2000-ci illərdə Ankara Universitetinin TÖMER, 2000-2006-cı illərdə isə Ankara Universitetinin Tarix ixtisası üzrə doktorantura təhsilini başa vurub. “Birinci Dünya Müharibəsindən günümüzədək Azərbaycan-Ermənistan münasibətləri” mövzusunda Doktorluq dissertasiyası müdafiə edib Azərbaycan Respublikası Prezidentinin Yanında Ali Attestasiya Komisiyası tərəfindən Tarix elmləri namizədi- alimlik dərəcəsi alıb.

50-dən artıq elmi məqalənin müəllifidir. 2017-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində dərs deyir və “Milli Mətbuat tarixi” kafedrasının Elmlər doktoru proqramı üzrə qiyabi doktorantıdır. 2019-cu il fevralın 7-dən etibarən Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də Müəllif proqramları və  Xüsusi layihələr departamentinin direktor müavini, 2020-ci ilin iyulundan isə İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri vəzifəsində çalışır.

Azərbaycan Televiziyasında “Tarixin izi ilə” silsiləsindən hazırladığı 170-dən artıq sənədli film, “Gerçəklər”, “Türk yurdu” verilişləri, həmçinin “Qərbi Azərbaycan kəndləri” adlı 58 videoçarx  Mədəniyyət kanalında yayımlanıb.

1001info.az  Mahir Qəribovu doğum günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, fəaliyyətində yeni uğurlar  arzulayır.

Digər xəbərlər