ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda ustad dərsi keçib
CƏMİYYƏT
21.04.2026, 13:12 Oxunub: 38Akademik İsa Həbibbəyli “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda ustad dərsi keçib
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda ustad dərsi keçib.
1001info.az xəbər verir ki, tədbir AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin və AMEA-nın Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin moderatoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə bildirib ki, bu gün akademik İsa Həbibbəylinin ustad dərsi üçün toplanmağımız bizim üçün sadəcə bir dərs deyil, həm də fikir mübadiləsi, yeni baxışların formalaşması və gələcək elm yolumuz üçün motivasiyadır. Qeyd edib ki, Akademiyada ilk dəfə təşkil olunan ustad dərsinin əsas məqsədi bu mövzu ətrafında yeni yanaşmaları birlikdə öyrənmək və inkişaf etməkdir.
Daha sonra akademik İsa Həbibbəyli “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda çıxış edib.
Akademik İsa Həbibbəyli çıxışında “Azərbaycan” adının etimologiyası, XIX əsrin ikinci yarısından başlayaraq ziyalılarımızın milli oyanış və milli-mənəvi özünüdərk istiqamətində fəaliyyətləri, milli kimliyin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin rolu, görkəmli dövlət xadiminin Azərbaycançılıq siyasəti, Azərbaycan dilinin qorunması ilə bağlı gördüyü işlər, Sənaye İnqilabları və onların çağırışları, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə rəqəmsal cəmiyyət quruculuğuna dair atılan addımlar, humanitar və ictimai elmlərin vəzifələri, AMEA-da son illərdə aparılan tədqiqatlara toxunub.
Akademik İsa Həbibbəyli ustad dərsinin sonunda Məmməd Aslanın “Mənim ürəyimdə” şeirini səsləndirib, iştirakçıların suallarını cavablandırıb.
Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən gənclərə kitablar hədiyyə olunub.
Həmçinin Gənclər Akademiyası adından akademik İsa Həbibbəyliyə hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.




Digər xəbərlər