ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Pirallahıda yazıçı-publisist Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
ƏDƏBİYYAT
26.04.2026, 19:09 Oxunub: 96923 aprel 2026-cı il tarixində Beynəlxalq Kitab və Müəllif Hüquqlarının Qorunması Günü münasibətilə Pirallahı Rayon Mədəniyyət Mərkəzində maraqlı ədəbi tədbir təşkil olunub. Görüş Xəzər Rayon MKS-nin 2 saylı kitabxana filialının dəstəyi ilə baş tutub.
Tədbirin qonağı yazıçı Hacı Qəni Camalzadə olub. Görüşdə həmçinin əməkdar jurnalist İdris Şükürlü də iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Zülfiyyə xanım iştirakçıları salamlayaraq belə görüşlərin əhəmiyyətindən danışıb.
Rəsmi hissədən sonra yazıçı haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Daha sonra söz alan Hacı Qəni Camalzadə öz həyat və yaradıcılıq yolundan bəhs edib, ədəbiyyata gəlişi, yazı prosesinin incəlikləri və müasir oxucu ilə münasibətlər barədə fikirlərini bölüşüb.
Görüşün ən maraqlı hissələrindən biri məktəblilərlə keçirilən sual-cavab olub. Şagirdlər yazıçıya müxtəlif mövzularda suallar ünvanlayıb, o isə səmimi və dolğun cavabları ilə onların marağını daha da artırıb.
Sonda qeyd olunub ki, belə görüşlər gənc nəslin ədəbiyyata marağının artırılması, mütaliə vərdişlərinin formalaşdırılması və Azərbaycan dilinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir iştirakçıların yaddaşında xoş təəssüratlarla qalıb.
Digər xəbərlər