usd-1.7000 eur-1.9800 rub-2.3180
Bakı 15°C 3.84 m/s
Son xəbərlər
12-05-2026
10-05-2026
05-05-2026
04-05-2026
29-04-2026
26-04-2026
24-04-2026
21-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir

details

CƏMİYYƏT

17.05.2026, 19:09 Oxunub: 24

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə rəqəmsal kommunikasiya infrastrukturu və internet kanallarının dayanıqlılığı mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev BMT-nin qərarı ilə 2006-cı ildən etibarən 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunduğunu vurğulayıb.

Alim 2026-cı ildə bu əlamətdar günün “Həyati əhəmiyyətli rəqəmsal kanallar: qarşılıqlı əlaqəli dünyada dayanıqlığın gücləndirilməsi” devizi altında qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu devizin əsas məqsədi internet, peyk rabitəsi, sualtı və yerüstü fiber-optik kabellər kimi rəqəmsal kanallar və şəbəkələrin müasir dövr üçün strateji əhəmiyyətini önə çəkməklə yanaşı, bu sistemlərin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinin zəruriliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

İnstitutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu günün devizinə həsr olunmuş “Qlobal və milli səviyyədə İnternetin kommunikasiya kanalları: mövcud vəziyyətin təhlili, risklər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O, internet mübadilə nöqtələrinin olduğunu vurğulayıb, eyni zamanda, Avropa-ABŞ Trans-Atlantik fiber-optik xətləri, dünya sualtı rabitə şəbəkəsinin xüsusiyyətlərini və mövcud riskləri təhlil edib. Peyk rabitəsinin qlobal əhatə, ucqar ərazilər və fövqəladə hallar üçün əhəmiyyətini vurğulayıb.

Azərbaycanın beynəlxalq aləmlə rəqəmsal kanallarının mövcud vəziyyətinə toxunan dosent Rəşid Ələkbərov qeyd edib ki, ölkə Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri üzrə çoxistiqamətli fiber-optik bağlantılara malikdir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsinin icra olunduğunu söyləyən Rəşid Ələkbərov bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər fiber-optik kabel xəttinin Azərbaycanın tranzit və rəqəmsal suverenlik rolunu gücləndirməyi hədəflədiyini bildirib. Peyk rabitəsinin “Azərkosmos” tərəfindən idarə olunması isə alternativ və fövqəladə kommunikasiya imkanları yaradır.

Alim vurğulayıb ki, Azərbaycanın rəqəmsal infrastrukturu artıq yalnız internet xidməti deyil, həm də rəqəmsal iqtisadiyyatın və texnoloji suverenliyin əsas dayağıdır. 2026-cı ildə istismara veriləcək superkompüterlər və onların rəqəmsal kanallarla inteqrasiyası süni intellekt, kibertəhlükəsizlik və kritik əhəmiyyətə malik digər sektorlarda strateji imkanları daha da genişləndirəcək.

Mövzuya dair çıxış edən akademik Rasim Əliquliyev son illərdə ifrat böyük informasiya seli qarşısında geniş tətbiq olunan yüksək ötürmə sürətinə malik kommunikasiya kanallarının qlobal və milli səviyyədə rəqəmsal infrastrukturun dayanıqlığının artırılmasında və təhlükəsiz internet əlaqə mühitinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Alim bu sahədə qlobal texnoloji asılılıqların və monopoliyanın artmasını nəzərə alaraq, internet kommunikasiya müstəmləkəçiliyi və imperializminin gələcəkdə yarada biləcəyi strateji risklər və təhlükələrə diqqət çəkib. Akademik Rasim Əliquliyev bu proseslərin qlobal internet bağlantı infrastrukturu və məlumat mübadiləsi şəbəkələri üzərində formalaşdırdığı problemlərin dərindən və sistemli şəkildə araşdırılmasının zəruriliyini qeyd edib. Alim, həmçinin beynəlxalq miqyasda mövcud kommunikasiya infrastrukturu problemlərini və Azərbaycanda bu sahədə həyata keçirilən kompleks tədbirləri əks etdirən analitik icmalın hazırlanaraq nüfuzlu beynəlxalq jurnallarda dərc olunmasının əhəmiyyətini vurğulayıb.

AZƏRTAC

Digər xəbərlər