ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
7 may – mərhum jurnalist Nəbi Rzayevin doğum günü -FOTOLAR
CƏMİYYƏT
05.05.2026, 14:30 Oxunub: 1271001info.az xəbər verir ki, mayın 7-si mərhum jurnalist- publisist Nəbi Rzayevin doğum günüdür.
Nəbi Rzayev Qusar rayonunun Həsənqala kəndində dünyaya göz açıb. Uşaqlıq illərində erməni həkimin düzgün aparmadığı müalicə nəticəsində ömrünün sonunadək əlilliklə yaşamağa məcbur olsa da, bu onun iradəsini qıra bilməyib. O, bütün çətinliklərə rəğmən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini uğurla bitirib.
Onun qələmə aldığı məqalələr, oçerklər, esselər və hekayələr mətbuat orqanlarında dərc olunaraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Yaradıcılığı ilə cəmiyyətdə böyük hörmət qazanan Nəbi Rzayev səmimiyyəti, dərin müşahidə qabiliyyəti və insani yanaşması ilə seçilib. Onun yazıları insanları düşündürür və yadda qalırdı.
Tanınmış sənət adamları, xalq və əməkdar artistlər Qusara səfər edərkən mütləq onunla görüşməyi özlərinə borc bilirdilər. Bu ehtiram onun həm peşəkarlığının, həm də yüksək insani keyfiyyətlərinin göstəricisi idi. Nəbi Rzayev sənətini sonsuz sevən, həyatı böyük coşğu və yaşamaq eşqi ilə qarşılayan bir insan kimi xatırlanır.
Xatırladaq ki, mərhum jurnalistin xatirəsinə həsr olunmuş “Yaşamaqdan doymayanlar” adlı sənədli film çəkilib. Filmdə onun həyat yoldaşı Nazilə xanımın, doğmalarının və kənd sakinlərinin səmimi xatirələri yer alıb. Ekran işi jurnalistin həyat yolunu, daxili dünyasını və mübariz ruhunu dolğun şəkildə əks etdirir. Filmin ssenari müəllifi əməkdar jurnalist və publisist Bəxtiyar Qaraca, rejissoru isə Kəmalə Mirzəyevadır.
Bu yaxınlarda Qusar rayon Heydər Əliyev Mərkəzində jurnalistin həyat və yaradıcılığına həsr olunmuş “Bir ülfətin işığında” adlı xatirə tədbiri keçirilib. Tədbir çərçivəsində onun məzarı ziyarət olunub, yaşadığı evdə xatirəsi dərin ehtiramla yad edilib. Mərkəzdə təşkil olunan fotosərgidə Nəbi Rzayevin keçdiyi yaradıcılıq yolu, həyatının müxtəlif məqamları əks olunub.
Xatirə gecəsində rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, söz və sənət adamları iştirak ediblər. Çıxışlarda jurnalistin parlaq şəxsiyyəti, yüksək mənəvi keyfiyyətləri və Azərbaycan jurnalistikasına verdiyi töhfələr xüsusi vurğulanıb. Heydər Əliyev Mərkəzinin direktoru tərəfindən həyat yoldaşı Nazilə xanıma mərhumun portreti təqdim olunub.
Tədbir məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiyalarla yadda qalıb. Qusar şəhər 1 nömrəli məktəbin şagirdi Raul Mədətov, Gədəzeyxur kənd orta məktəbinin şagirdi Fatimə Altuxanova, Həsənqala kənd məktəbinin şagirdləri Ayxan Buyubəyov və Aytac Allahverdiyeva, Bala Qusar kənd orta məktəbinin şagirdi, şəhid övladı İlknur Abdulkərimova mərhum jurnalistin şeirlərini səsləndirib, maraqlı səhnəciklərlə çıxış ediblər. Şagirdlər tərəfindən təqdim olunan səhnəciklər tədbirə xüsusi rəng qatıb. Bu çıxışlarda Nəbi Rzayevin həyatından, yaradıcılığından və insani keyfiyyətlərindən bəhs edən məqamlar bədii şəkildə canlandırılıb, onun zəngin mənəvi dünyası bir daha tamaşaçıların diqqətinə çatdırılıb. Məktəblilərin səmimi çıxışları alqışlarla müşayiət olunub.
Nəbi Rzayevin həyat yolu bir daha sübut edir ki, insanın böyüklüyü fiziki imkanları ilə deyil, ruhunun gücü, sözünün çəkisi və cəmiyyətə verdiyi dəyərlə ölçülür. Bu baxımdan Nəbi Rzayevin xatirəsi hər zaman hörmət və ehtiramla anılacaq.
1001info.az
Digər xəbərlər