ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
ƏDƏBİYYAT
28.11.2025, 15:03 Oxunub: 38Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin 20 hekayəsindən ibarət “İnsanlığın yüksək dəyəri” adlı kitab Almaniyanın tanınmış “H.J. Maurer” nəşriyyatı tərəfindən çap olunub. Həmin 20 hekayədən 18-i ilk dəfə alman dilinə tərcümə edilib. Kitabda Mir Cəlalın humanizm, ictimai məsuliyyət və gündəlik həyatın mənəvi-əxlaqi çağrışları kimi fundamental mövzularda qələmə aldığı hekayələri toplanıb.
1001info.az xəbər verir ki, noyabrın 27-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Əməkdar müəllim, professor Ədibə Paşayeva, Bundestaq üzvləri, diplomatlar, Almaniyanın bir sıra dövlət qurumlarının, elm, ədəbiyyat, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Mir Cəlal haqda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən hazırlanmış film nümayiş olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev təqdimat mərasimində çıxış edərək, Mir Cəlalın seçilmiş əsərlərinin yer aldığı “İnsanlığın yüksək dəyəri” kitabının alman dilində işıq üzü görməsinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Layihə üzərində iki ilə yaxın müddətdə iş aparıldığını vurğulayan səfir bildirib ki, bu kitab görkəmli yazıçının ədəbi irsinin, o cümlədən Azərbaycan ədəbiyyatının humanist ruhunun beynəlxalq auditoriyaya, o cümlədən alman oxucusuna çatdırılması baxımından əlamətdar mədəni hadisədir. Diplomat, Mir Cəlal yaradıcılığının insanı bütün ziddiyyətləri, daxili axtarışları və mənəvi seçimləri ilə mərkəzə gətirən nadir ədəbi məktəblərdən birini formalaşdırdığını qeyd edib.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxışında Mir Cəlalın əsərlərinin alman dilinə tərcümə olunmasının iki ölkə və xalq arasında mədəni əlaqələrə və qarşılıqlı anlaşmaya töhfə verəcəyinə inandığını bildirib. Rektor səslənən musiqi nümunələri və səhnələşdirilən ədəbi parçaların mədəniyyətin millətlər və insanlar arasında körpü salan gücünü ən gözəl şəkildə nümayiş etdirdiyini bildirib.
Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının keçmiş rəhbəri, professor Eva-Maria Aux çıxışında Mir Cəlal yaradıcılığının mərkəzində insanın daxili aləmi, onun mənəvi bütövlüyü və xüsusilə də insanlıq anlayışının dayandığını vurğulayıb. Qeyd edib ki, onun yaradıcılığında fərdin müxtəlif vəziyyətlərdə davranışını müəyyən edən motivlərin incə fəlsəfi müşahidələrlə araşdırılması xüsusi yer tutur. Mir Cəlal üçün ailə, birlik və yaddaş kimi dəyərlər təkcə sosial struktur deyil, insanın varlığını və mənəvi dayanıqlılığını formalaşdıran əsas sütunlardır.
Professor bildirib ki, sovet dövrünün sərt nəzarət rejimi və bütün sahələrlə yanaşı, ədəbiyyat üzərində də total nəzarətin hökm sürdüyü, repressiyanın tüğyan etdiyi bir şəraitdə onun əsərlərində fərd kollektivin içində itib-batmış bir fiqur deyil, hər zaman öz mövqeyi, duyğuları və mənəvi məsuliyyəti olan varlıq kimi təqdim edilir. Bu isə sovet dövrünün hökmran ideoloji “kollektiv insan” modelinə açıq alternativ idi və Mir Cəlalı həm ədəbi, həm də intellektual cəsarətinə görə fərqləndirirdi. Natiq Mir Cəlalın əsərlərinin Azərbaycan tarixinin mürəkkəb inkişaf mərhələlərini anlamaq üçün qiymətli mənbə olmaqla yanaşı, milli kimliyin, milli şüurun formalaşmasında humanizmin əvəzsiz rolunu nümayiş etdirdiyini diqqətə çatdırıb.
Sonra “İnsanlığın yüksək dəyəri” kitabında yer alan hekayələrin bir hissəsinin səhnələşdirilmiş təqdimatı olub. Əsərlər Azərbaycan musiqisinin sədaları altında alman aktyorları Sara Maria Sander, Tamer Tahan və Elizabet Degen tərəfindən səsləndirilib. Musiqi nümunələri Almaniyada yaşayan tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub. Təqdimat tamaşaçıların böyük marağı və sürəkli alqışları ilə qarşılanıb (AZƏRTAC).
Digər xəbərlər