usd-1.7000 eur-2.0035 rub-2.2071
Bakı 5°C 2.44 m/s
Son xəbərlər
16-02-2026
14-02-2026
12-02-2026
06-02-2026
05-02-2026
03-02-2026
29-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hekayə müsabiqəsinin qalibləri açıqlandı

details

ƏDƏBİYYAT

02.03.2026, 18:52 Oxunub: 11

"Zynergy" marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilən hekayə müsabiqəsinin yekun tədbiri və mükafatlandırma mərasimi LIBRAFF-ın “Park Akademiya” filialında keçirilib.

1001info.az  xəbər verir ki, müsabiqə gənc yazarların yaradıcılıq potensialının üzə çıxarılması, onların daha geniş auditoriyaya təqdim edilməsi və ədəbi mühitdə tanınırlığının artırılması məqsədi daşıyıb.

İştirakçılar hekayələrini “Təsadüfi görüş”, “Gələcəyə məktub” və “Yayın son günü” mövzuları üzrə təqdim ediblər. Təqdim olunan hekayələr münsiflər heyəti tərəfindən mövzunun əhatəsi, süjet xəttinin maraqlılığı və dil-üslub xüsusiyyətləri meyarları üzrə qiymətləndirilib.

Qiymətləndirmə hər bir meyar üzrə 10 bal olmaqla, ümumilikdə 30 ballıq şkala əsasında aparılıb. Münsiflər heyətində dosent, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) İdarə Heyətinin sədri Şəmil Sadiq, Röyanə Cəfərquliyeva və Tərlan Abbasova Lətifova yer alıb.

Müsabiqənin nəticələrinə əsasən, I yerin qalibi Samirə Əşrəf “Sonuncu yayın sonatası”, II yerin qalibi Məhəmməd Abbasov “Yaddaş”, III yerin qalibi Elnarə Rüstəmova isə “Parçalanmış Ayna” hekayəsi ilə müəyyənləşib.

Qaliblər diplom və sertifikatlarla təltif olunmaqla yanaşı, Indigo Printing House-dən istədikləri çap məhsullarını əldə etmələri üçün kuponlarla mükafatlandırılıblar. Belə ki, I yerin qalibinə 500 AZN, II yerin qalibinə 300 AZN, III yerin qalibinə isə 200 AZN dəyərində kupon təqdim olunub. Nəticələrə əsasən seçilmiş 26 hekayə “Seçilmiş hekayələr” kitabı adı altında çap olunub.

Digər xəbərlər