usd-1.7000 eur-2.0166 rub-2.2092
Bakı 9°C 8.07 m/s
Son xəbərlər
14-02-2026
12-02-2026
06-02-2026
05-02-2026
03-02-2026
29-01-2026
28-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Akademik: Ölkəmizdə rəqəmsal platformada sosial observatoriyanın formalaşdırılması istiqamətində məqsədyönlü araşdırmalar həyata keçirilir

details

CƏMİYYƏT

16.02.2026, 21:47 Oxunub: 336

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında müasir dövrdə qabaqcıl rəqəmsal texnologiyaların sürətli inkişafı kontekstində internet platformasında formalaşan cəmiyyətin xüsusi bir tədqiqat obyekti kimi diqqət mərkəzində olduğunu, bu baxımdan süni intellektin müxtəlif aspektlərinə həsr olunmuş konfransların, dəyirmi masaların keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, son illərdə dövlət qurumlarında rəqəmsallaşma məsələlərinə yüksək həssaslıq və məsuliyyətlə yanaşılmasını yüksək qiymətləndirib.

Alim son illər ərzində dövlət başçısı tərəfindən ardıcıl olaraq qəbul edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ilə bağlı qarşıya qoyulan strateji vəzifələrdən, hədəflərdən danışıb: “Bu sənədlər milli maraqlara xidmət edərək, dövlətin kibertəhlükəsizliyinin, kibersuverenliyinin yüksək səviyyədə təmin olunması, vətəndaşların hüquqlarının qorunması, ölkədə rəqəmsallaşma sahəsində pərakəndəliyin aradan qaldırılması, dövlət maraqlarının korporativ maraqlar üzərində üstünlüyünün təmin edilməsini nəzərdə tutur”.

Akademik Rasim Əliquliyev bu sənədlərdən irəli gələn vəzifələrin icrası istiqamətində həm müvafiq dövlət qurumlarında, həm də ölkənin elmi müəssisə və təşkilatlarında kompleks tədbirlərin həyata keçirildiyini, ölkəmizdə rəqəmsal transformasiya prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyib.

Alim bildirib ki, son 20 ildə ölkəmizdə həyata keçirilən məqsədyönlü rəqəmsallaşma siyasəti nəticəsində süni intellekt texnologiyalarının geniş tətbiqi və inkişafı üçün möhkəm zəmin formalaşmışdır. Bu gün Azərbaycanda süni intellektin əsas strateji resursunun datalardan (verilənlərdən) ibarət olduğunu deyən alim əlavə edib ki, müasir dövrdə insan fəaliyyətinin bütün istiqamətlərində datalar yaranır və sürətlə artır, böyük həcmdə məlumat bazaları formalaşır və ölkə üzrə vahid rəqəmsal ekosistemin tərkib hissəsinə çevrilir.

Xüsusilə dövlət qurumlarına məxsus data reyestrlərində vətəndaşlar haqqında çoxşaxəli və genişhəcmli məlumatların toplandığını və sistemləşdirildiyini söyləyən akademik bu tendensiyanın big data analitikası problemlərini aktuallaşdırdığını vurğulayıb. Bildirib ki, bir çox sosial göstəricilərin artıq rəqəmsal platformada inikas olunması, sosiologiya elminin də yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Müasir mərhələdə sosiologiya getdikcə dəqiq elmlərlə çulğalaşır, riyazi mahiyyət kəsb etməyə başlayır. Nəticə etibarilə rəqəmsal və riyazi sosiologiya multidisiplinar kompüter elmlərinin mühüm istiqamətlərindən birinə çevrilir”.

Baş direktor rəhbərlik etdiyi institutda dövlət qurumlarına məxsus data reyestrlərin əsasında rəqəmsal demoqrafik intellektual sistemin arxitektur-texnoloji əsaslarının işlənib hazırlandığını, bu platforma üzərindən tibbi demoqrafiya, linqvistik demoqrafiya və digər istiqamətlər üzrə strateji əhəmiyyətli təhlillərin aparıldığını, cəmiyyət üçün faydalı biliklərin əldə olunduğunu bildirib.

Alim vurğulayıb ki, ölkədə həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi olaraq rəqəmsal platformada sosial observatoriyanın formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Sosial observatoriya böyükhəcmli məlumat bazaları üzərində müxtəlif aspektli sosioloji tədqiqatların aparılmasına, süni intellekt texnologiyalarının tətbiqi ilə cəmiyyətdə gedən proseslərin sistemli və şəffaf təhlilinə imkan yaradır.

Akademik Rasim Əliquliyev ölkədə süni intellekt və rəqəmsallaşma istiqamətində aparılan tədqiqatların dövlətin strateji maraqlarına və müəyyən edilmiş prioritetlərə uyğun sistemli şəkildə əlaqələndirilməsinin vacibliyinə diqqət çəkib. Alimin sözlərinə görə, bu sahədə koordinasiyanın gücləndirilməsinə, prioritet istiqamətlərin müəyyənləşdirilməsinə, aparılan elmi-tədqiqat işlərinin monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Həmçinin dövlət başçısı tərəfindən müvafiq sahədə qəbul olunan mühüm strateji sənədlərin icrası prosesində dövlət qurumları, elmi müəssisələr, biznes sektoru və vətəndaş cəmiyyəti institutları arasında daha sıx əməkdaşlıq təmin edilməli, mütəmadi olaraq elmi ictimai müzakirələr təşkil olunmaldır.

Digər xəbərlər