usd-1.7000 eur-2.0035 rub-2.2071
Bakı 8°C 5.39 m/s
Son xəbərlər
02-03-2026
16-02-2026
14-02-2026
12-02-2026
06-02-2026
05-02-2026
03-02-2026
29-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib

details

MƏDƏNİYYƏT

16.11.2025, 18:37 Oxunub: 1098

Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib.

1001info.az  xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsertdə Plasido Dominqo (Placido Domingo) ilə yanaşı, onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr), Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak) çıxış ediblər.

Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edib.

Gecədə C. Puççini, C. Verdi, P. Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.

Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir.

Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.

Digər xəbərlər