ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
AXI MƏN BİR AZ FƏRQLİ BİRİYƏM...- Məlahət İsmayılqızı yazır
ƏDƏBİYYAT
28.11.2025, 14:51 Oxunub: 180AXI MƏN BİR AZ FƏRQLİ BİRİYƏM...
Mən bir ayrı, bir az fərqliyəm,
Baxışım fərqli, düşüncəm fərqli...
Gözlərimin rəngi belə fərqli...
Bəlkə ... Ələsgərin Sazı- Sözüyəm,
“AlaGözlü” dediyi Gözəliyəm,
Göyçəsiyəm!
Mən Vətən sevdim, Vətəni sevdim!
GöyGöz Göyçəmi sevdim!
Atam kimi, Anam kimi sevdim,
Daşını – torpağını sevdim,
Kökümü- soyumu, yurdumu sevdim!
Vətəni eşqini fərqli gördüm,
Səni fərqli sevdim Vətən!
Axı, Mən fərqli biriyəm...
Həm Gözəli sevdim, həm Gözəl Sevdim!
AlaGözlü Göyçəni sevdim!
Bir fərqli baxış, bir ilahi düşüncə,
İçimdə qüssə var, bir az həzin...
Bir az hüzur, bir az yalnız...
Özü olmaq- Özgür olmaq!
Fəlsəfi dünyam, məntiq və Mən...
İçimdə əsən fırtınalar...
Şahə qalxan dalğalar, tutqun səma,
Axı Mən bir az fərqli baxıram?!.
Bəlkə də lap elə Göyçə kimi...
Bəlkə də, elə Atam kimi baxıram...
əslində Ana sevgili, Ata vəfalı,
bacı nisgilli biriyəm!
Nədən bəs belə fərqliyəm...
Acılarmı məni dindirir,
yoxsa, dünyanın dəyişmiş çərximi...
Çivisi yerindən qopmuş zamanmı,
Yoxsa... ölmüş insanlıqmı?
Satqını, şərəfsizi, paxılı...
Bağışlıya bilmirəm!
Axı mən fərqli biriyəm...
Halalla – Haramın Qovuşduğu zamanmı,
yoxsa məkanmı...
özünü itirmiş insanmı...
İnsan ölümə məhkum birisi,
İnsanlıq heç zaman ölməyən ruhdur,
Lap elə Ulu Göyçənin Sazı- Sözü kimi!
AlaGözlü Səhnəbanu - Ələsgər dastanı kimi,
Axı Mən bir az fərqli biriyəm!
MƏLAHƏT İSMAYILQIZI
Cənnətin Qapıları- Burası Göyçə!
Bir gün bu elanı metrolarda eşitmək istərdim, lap elə Azərbaycanın hər yerində, nədən ki, milli hissiyyata malik hər bir türk insanı Övliyalar məskəni GÖYÇƏNİ tanımalı, ən azından!
M. İ. 07. 06. 25 Bakı. Saat 11.00
Digər xəbərlər