ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
CƏMİYYƏT, MƏDƏNİYYƏT
19.03.2024, 13:14 Oxunub: 10051O, fərqli bir düşüncə və əxlaq sahibidir. Dostluqda etibarlı, etdiyi xeyirxahlıqda təmənnasızdır. O həm də müəllifi olduğu mahnılarla hamının sevimlisinə çevrilib. Təbiəti çox sevir və adındakı “Novruz” kəlməsi də elə dünyaya gəldiyi 22 mart günü ilə - ən böyük təbiət bayramımız olan Novruzla əlaqəlidir.
Beləliklə, 1001info.az Milli məclisin deputatı, AzQAC-ın prezidenti Novruz Aslanov ilə müsahibəni təqdim edir.
Kəmalə Mirzəyeva: -Novruz müəllim, Siz Qızıl Aypara Cəmiyyətinin prezidentisiniz, fəal millət vəkilisiniz və çox böyük populyarlıq qazanan mahnıların müəllifisiniz. Maraqlıdır, bunların hamısı Sizə eyni dərəcədə doğmadırmı? Yoxsa arada özünüz- özünüzlə qalanda bir ayrı-seçkilik edirsiniz?
Novruz Aslanov: -Təşəkkür edirəm. Təbii ki, bütün yazdığım əsərlər, o cümlədən mahnılar mənim üçün çox doğmadır. Məncə, yaradıcılıqla məşğul olan hər bir insan mənimlə razılaşar ki, onun yaratdığı nə varsa, istər şeir, istər musiqi olsun, onun üçün çox doğmadır və əzizdir. Bu, bir növ, övladlarımıza olan münasibətə bənzəyir. Sən övladların arasında heç vaxt seçim etmirsən və onlardan hansısa biri sənin ehtimadını doğrultmadıqda və yaxud gələcəklə bağlı planlarına uyğun gəlmədikdə, təbii ki, səbəbləri özündə axtarmalı olursan. Mən də yaradıcılığımda hansısa çatışmazlıqları görəndə, ilk növbədə, bu səbəbləri özümdə axtarıram. Və qeyd etmək istəyirəm ki, özümə qarşı çox tənqidi yanaşıram. Həyat tərzim də belədir. Hər bir işimdə özümü mühakimə edirəm, təhlillər aparıram ki, harda nəyi düz və yaxud düz etmədim. Əlbəttə ki, özüm-özümlə danışaraq, mübahisə edərək... Bu proses, mənə elə gəlir ki, normal bir prosesdir. Bəziləri qıraqdan baxıb başqa cür də fikirləşə bilərlər. Mən onlara da haqq qazandırıram, fikirləşirlər ki, sən niyə onlar kimi deyilsən? Əslində, hər bir insan ayrılıqda bir fərddir,bənzərsizdir. O, həyata bir dəfə gəlir, onun öz qisməti, öz həyatı var və öz həyatını da, öz taleyini də özü qurur, özü müəyyənləşdirir. Yaradan qüvvələr də bu işdə ona yardımçı və köməkçi olurlar. Özümə gəldikdə isə, bəzi müsahibələrimdə də qeyd eləmişəm ki, mənim əvvəllər yaratdığım elə musiqi əsərləri və mahnılar var ki, bu gün onları yenidən yazası olsaydım, tamam ayrı cür yazardım, daha güclü, daha təsirli edərdim. Bu da, təbii ki, əldə etdiyin təcrübəyə bağlı bir məsələdir. Məlumdur ki, ilk addımlarınla sonrakı yerişin, duruşun və qaçışın arasında fərq böyük olacaq. Yəni bu, balaca bir uşağın ayağa durub yeriməsinə bənzəyir - addımları gah əyri, gah düz olur, gah yeriyir, gah yıxılır... Yaradıcılıq da bu cürdür. Mənə elə gəlir ki, vaxt, zaman keçdikcə sən qıraqdan baxıb həm qələminə, həm fikirlərinə daha çox tənqidi yanaşırsan və beləliklə, daha çox kamilləşirsən.