usd-1.7000 eur-1.9612 rub-2.0928
Bakı 15°C 4.1 m/s
Son xəbərlər
23-10-2025
22-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Zəfərlə dolu ömür, sədaqətlə yazılmış həyatƏli Nağıyev imzası ilə

details

CƏMİYYƏT

07.11.2025, 15:30 Oxunub: 160

Zəfərin Zəkanın Qovuşduğu Gün

Azərbaycan tarixində elə günlər var ki, onlar həm də xalqın yaddaşında dövlətin qüdrətini, millətin ruhunu yaşadan tarixə çevriliblər. 8 Noyabr — Zəfər Günü həmin tarixin, həmin simvolların ən ucasıdır — qələbənin, birliyin və milli qürurun təcəssümü. Elə bu möhtəşəm günlə eyni gündə doğulan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev isə öz fəaliyyəti ilə həmin Zəfər ruhunun davamını, dövlətin sarsılmaz iradəsini təmsil edir.

Zəfər Günü ilə eyni gündə dünyaya gəlmək təsadüf kimi görünə bilər. Amma burda bir rəmz, bir məna da var: dövlətin qələbəsi ilə dövlətin təhlükəsizliyini qoruyan bir ömrün vəhdəti.

Əli Nağıyev elə bir nəsildəndir ki, dövlətin sarsılmaz dayağı olmaq anlayışını həyat amalına çevirib. Onun fəaliyyəti, sadəcə, xidməti vəzifələrin icrası deyil, dövlətə sədaqətin, peşəkarlığın və prinsipiallığın ifadəsidir.

Əli Nağıyev qərar imzaladı

Milli təhlükəsizlik — görünməyən cəbhədir. Bu cəbhədə səssiz qalibiyyətlər, önə çıxmadan qazanılan zəfərlər olur. Əli Nağıyev bu görünməyən cəbhənin sərkərdəsidir. Onun rəhbərliyi ilə formalaşan sistem təkcə ölkənin təhlükəsizliyini təmin etmir, həm xalqın sabaha olan inamını möhkəmləndirir.

Sakit, təmkinli, amma qətiyyətli bir idarəçi obrazı — bu, Əli Nağıyevin mahiyyətidir. O, səssizliyin arxasında güc, sadəliyin arxasında dərin zəkə, vəzifənin arxasında isə dövlətə bağlılıq fəlsəfəsini daşıyır.

Əli Nağıyev üçün dövlətə xidmət sadəcə vəzifə deyil, həyat missiyasıdır. Onun fəaliyyətinin mərkəzində müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyi, sabitliyi inkişafı dayanır. O, bütün fəaliyyəti boyu Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhlükəsizlik strategiyasına sarsılmaz sədaqət göstərib, bu siyasətin icrasında prinsipiallığı vətənpərvərliyi ilə seçilib. Dövlət başçısının etimadını ən ali dəyər kimi qəbul edən Əli Nağıyev, öz xidməti nümunəsi ilə Prezidentə sədaqətin, dövlətə bağlılığın canlı simvoluna çevrilib.

 8 Noyabrda Azərbaycan xalqı həm Vətən müharibəsindəki Böyük Zəfəri, həm dövlət təhlükəsizliyimizin təminatçısı olan bir şəxsiyyətin ömrünü qürurla yad edir. Çünki Zəfər ruhu ilə Xidmət ruhu bu gündə birləşir — biri cəbhədə, biri səngərsiz mübarizədə eyni məqsədə xidmət edir: Azərbaycanın bütövlüyünə gələcəyinə.

Bu əlamətdar gündə — Zəfər Günü kimi müqəddəs bir tarixdə doğum gününü qeyd edən cənab Əli Nağıyevi səmimi-qəlbdən təbrik edirik. Dövlətimizin təhlükəsizliyinin keşiyində şərəflə dayanan, xalqın etimadını Prezident İlham Əliyevin inamını yüksək məsuliyyətlə doğruldan bu dəyərli şəxsiyyətə möhkəm can sağlığı, uzun ömür xidmətində yeni zəfərlər arzulayırıq.

P.S. Müəllif olaraq mən — Qərbi Azərbaycandan olan bir vətəndaş, o torpaqların həsrətini ürəyində daşıyan bir insan kimi inanıram ki, biz dədə-baba yurdumuza — Qərbi Azərbaycana da mütləq qürurla, qalib kimi qayıdacağıq. Bu qayıdış, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi Əli Nağıyev kimi sədaqətli, cəsur, prinsipial silahdaşlarının fədakar fəaliyyəti sayəsində reallaşacaq.

Bu qayıdış arzusu Zəfərin davamı, Əli müəllim kimi Vətənə sədaqət nümunəsi olan şəxsiyyətlərin ideallarının təntənəsi olacaq.

 

KƏMALƏ MİRZƏYEVA

 

Digər xəbərlər