usd-1.7000 eur-1.9317 rub-2.2810
Bakı 22°C 3.68 m/s
Son xəbərlər
22-06-2026
14-06-2026
09-06-2026
06-06-2026
03-06-2026
02-06-2026
29-05-2026
27-05-2026
24-05-2026
23-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

details

CƏMİYYƏT

12.03.2026, 16:57 Oxunub: 1149

Süni intellektlə şəxsin razılığı olmadan yaradılan materiallar cinayət məsuliyyəti yaradacaq.

1001info.az  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audiomateriallar cinayət məsuliyyəti yaradacaq.

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audiomateriallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

Digər xəbərlər