usd-1.7000 eur-1.9410 rub-2.1685
Bakı 26°C 3.01 m/s
Son xəbərlər
21-07-2026
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026
27-06-2026
22-06-2026
14-06-2026
09-06-2026
06-06-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Akademik Rasim Əliquliyev Real TV-nin qonağı olub – VİDEO

details

CƏMİYYƏT

06.06.2026, 22:13 Oxunub: 1262

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Real TV-nin qonağı olub.

Verilişdə akademik Rasim Əliquliyev son illər ölkədə kibertəhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl və sistemli xarakter aldığını bildirib, 2023–2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyanın rəqəmsal mühitin dayanıqlılığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. AMEA-nın vitse-prezidenti bildirib ki, hazırda ölkənin bütün kritik sistemləri rəqəmsal platformalar üzərində fəaliyyət göstərir və bu, kibertəhlükəsizliyi milli təhlükəsizlik baxımından strateji məsələ kimi ön plana çıxarır. Alimin sözlərinə görə, müvafiq dövlət qurumları tərəfindən rəqəmsal dövlətin arxitektur dayaqlarından biri olan kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılmasını bu siyasətin mühüm mərhələsi kimi dəyərləndirib və Agentliyin informasiya və kritik informasiya infrastrukturlarının qorunması, kibertəhlükələrin idarə olunması, koordinasiya və maarifləndirməni vahid institusional mexanizm əsasında təmin edəcəyini qeyd edib.

 

Digər xəbərlər