usd-1.7000 eur-1.9763 rub-2.3214
Bakı 18°C 3.26 m/s
Son xəbərlər
02-06-2026
29-05-2026
27-05-2026
24-05-2026
23-05-2026
21-05-2026
17-05-2026
12-05-2026
10-05-2026
05-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sosial həmrəyliyin ünvanı – Yasamal rayonu yenə ön sırada

details

CƏMİYYƏT

03.06.2026, 10:26 Oxunub: 4303

Qurban bayramının rəsmi günləri artıq arxada qalsa da, onun yaratdığı həmrəylik, mərhəmət və paylaşmaq ruhu cəmiyyətimizdə yaşamaqda davam edir. Bu günlərdə insanların sevincinə səbəb olan xeyirxah təşəbbüslər, ehtiyacı olanlara göstərilən diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və geniş müzakirə olunur.

1001info.az-ın əldə etdiyi məlumata görə, Qurban bayramı günlərində Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə genişmiqyaslı sosial-humanitar aksiya həyata keçirilib.

Aksiya çərçivəsində aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə və digər həssas kateqoriyadan olan vətəndaşlara qurban payları çatdırılıb. Verilən məlumata əsasən, ümumilikdə 4000 nəfər qurban əti ilə təmin olunub.

Yasamal sakinləri bu nəcib təşəbbüsə və aztəminatlı ailələrə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya xüsusi minnətdarlıqlarını ifadə ediblər. Sakinlər tərəfindən yüksək qiymətləndirilən bu təşəbbüs bayramın əsas mahiyyəti olan paylaşmaq, yardımlaşmaq və sosial həmrəyliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edilməlidir ki, hər zaman olduğu kimi bu dəfə də Yasamal rayonu sosial təşəbbüslərdə fəallığı ilə seçilərək yaxşı mənada ön sıralarda yer alıb və digər bölgələr üçün nümunəvi model kimi çıxış edib.

Bu cür aksiyalar bir daha göstərir ki, bayram günləri başa çatsa da, onun insanlara aşıladığı mərhəmət və birlik duyğuları yaşayır və cəmiyyətin mənəvi dəyərlər sistemində öz yerini qoruyub saxlayır.

1001info.az 

Digər xəbərlər