ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Söz sevdalısı
ƏDƏBİYYAT
14.03.2026, 22:46 Oxunub: 40Söz sevdalısı
Bir payız günüydü.Bölməmizə gəlmişdi.Yenicə çapdan çıxmış “Bəlkə görüşmədik,bəlkə görüşdük” adlı şeirlər kitabını gətirmişdi.Təqdim etdi və xahiş etdi ki, şeirləri haqqında düşündüklərimi deyim,gerçəkləri söyləyim.Kitabı vərəqlədim,şeirlərinə baxdım və xeyli söhbət etdik; şeirdən,ədəbiyyatdan.Sözə vurğunluğunu anladım.Ustadına sadiqliyi,sayğısı ilə diqqətimi çəkdi.Ədəb- ərkanı,mərifəti,böyük- kiçik yeri bilməsi nəzərimdən yayınmadı.Şeirləri haqqında duyduqlarımı,bildiklərimi dedim.Diqqətlə dinlədi.
Üstündən xeyli vaxt keçdi.Arada zəng vurub hal- əhvallaşırdı,yeni yazdığı şeirlərini göndərirdi.Ciddi – cəhdlə üzərində çalışdığını,əzmini,inadkarlığını görürdüm təzə şeirlərində boy verən misralarından:
Qəlbimdən qəlbinə çəkdiyin yolu,
Hər gün ilmə- ilmə naxışlayıram.
Başqa heç bir şeyə gümanım gəlmir,
Sənə ürəyimi bağışlayıram.
Fuad Biləsuvarda doğulub.Sayılıb – seçilən bir nəslin övladı olub.Erkən yaşda atasını itirən Fuadın ağrı- acıdan payı çox olub.Ata nənəsi- Xalidə xanımın yanında boya- başa çatıb,nənəsinin nağıllarıyla,bayatılarıyla,laylalarıyla böyüyüb.Nənəli dünyanın sirri- sehirli aləmində ağrılarını unudub. Biləsuvar rayonunun Bağbanlar kəndində- Aydın Həsənov adına tam orta məktəbi bitirib.Babasının qardaşı jurnalist- politoloq “Tərəqqi” medalçısı Mirzə Cəfərovdan etdiyi söhbətlərdən jurnalistikanın sirlərinə az- çox bələd olub.2008 – cü ildə nənəsiylə bərabər Bakıya köçüb.”Təfəkkür” Universitetinin filologiya fakultəsində təhsil alıb.Şeirə- sənətə könlünü verib.Yazıb- yaratmaq həvəsi onu aramağa- araşdırmağa sövq edib.Könül çırpıntılarını,duyğularını vərəqlərə pıçıldayıb,vərəqlərlə həmdərd olub,sirdaş olub.
Dünya özü boyda qəmdi,kədərdi anlaya bilənə.Anlamaq isə ən ağır dərddi.Tək qalanda ruhunu sözlə ovudub,doğması,simsarı söz olub,göz yaşlarını kipriklərində qurudub,özü özünə təsəlli olub.Ustadı Dəmir Gədəbəylidən şeirin,şeiriyyətin dilini,sirrini öyrənməyə çalışıb.Zirəddin Qafarlı kimi söz sərrafının tövsiyyələrini dinləyib.Səməd Vurğun, İsmayıl Şıxlı, Dəmir Gədəbəyli, Şahmar Əkbərzadə, Adil Babayev,Nəriman Həsənzadə,Sabir Sarvan, Nüsrət Kəsəmənli,Nəbi Xəzri,Zəlimxan Yaqub kimi söz adamlarının ağrılarının rəngini,səddini- sərhədini,xəritəsini sözlə cızmağa çalışıb.Jurnalistikada peşəkar jurnalistlərdən ustad dərsləri,məsləhətləri alıb .Jurnalistikamızda özünəməxsus nəfəsi,bənzərsiz dəsti- xətti ilə seçilən Qulu Məhərrəmlidən,Zemfira xanımdan,Anar Həsənlinin danışıqlarından,yazılarından bəhrələnərək bu peşənin dərinliklərinə yiyələnməyə çalışıb.
Sözün meydanında əliyalın qalmasın deyə gecə – gündüz öz üzərində işləyib,mütaliə edib,dinləyib,eşidib,öyrənib.Bu yolun çətinliyini anlayıb,bu yolun səbir yolu olduğunu dinşəyib.
Yarı,sevgisi,sevdası Allah olub.Kipriyini ona sıxıb,dualarını ona pıçıldayıb.
Yediyim çörək- nan haqqı,
Allah haqqı,Quran haqqı,
İnandığım imam haqqı,
Unutmağı bacarmıram.
Kimi nəyi,necəsini özü bilir,bir də üzünə üz bağlayıb dərgahına yönəldiyi Allahı.
Alnına yazılanların izinə düşüb,tale deyib arxasınca qaranəfəs yüyürüb.Bəzən işıqgələn tərəfə düşsə də güzarı,bəzən də bilmədən ithürən tərəfə gedib çıxıb.
İnsanlar tək havalanıb hava da,
Qış deyəsən yenə geri qayıdıb.
Yazıq quşlar donur indi yuvada,
Canda dərddən qala qurub qayıdıb.
Burda çox şey demək istəyib,deyib də mətləbdən anlayanlara.
Fuad sevgi şairidi.Dini,imanı,Allahı,eşqdi,sevgidi.Ruhunda,qanında,canında bəsləyib,böyüdür o sevgini.Söz isə qara sevdasıdır.Şeirləri söz- söz,sətir- sətir nəğmələrə çevrilib dildə- ağızda dolaşır. Sözlərinə bəstələnmiş mahnılar Brilliant Dadaşova, Alim Qasımov,Fərqanə Qasımova, Nüşabə Ələsgərli, Gülüstan Əliyeva, Gülyaz,Gülyanaq Məmmədova bacıları kimi sənətkarların havacatında közə dönüb ürəkləri yandırır,özü isə Səməndər quşu kimi yenidən avaz- avaz dirilir,pərvəriş tapır…Adəmdən Xatəmə yol başlayıb,yol gəlir.Bu yol onu hara aparacaq,hansı naməlumlarla rastlaşdıracaq onu yalnız O bilir.Bizə isə ona uğur diləmək düşər.Yolun açıq olsun,Fuad!


Gülnarə Cəmaləddin, yazıçı – publisist
AYB Sumqayıt bölməsinin rəhbəri.
Mənbə: Azərbaycan.media
Digər xəbərlər