ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Zəfərdən Yüksəlişə” adlı intellektual yarış keçirilib
CƏMİYYƏT
16.11.2025, 18:34 Oxunub: 37Noyabrın 16-da 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında “Zəfərdən Yüksəlişə” adlı intellektual yarış təşkil olunub.
1001info.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi tarixi Zəfərə həsr olunmuş Vətən müharibəsinin qəhrəmanlıq səhnələrini, eləcə də Ali Baş Komandanın Zəfər strategiyasını, Azərbaycan Ordusunun rəşadətini və xalqın birliyini əks etdirən videoçarx nümayiş olunub.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Azərbaycanın Vətən müharibəsində keçdiyi Zəfər yolundan danışıb.
Kvizdə ümumilikdə 152 nəfər iştirakçı mübarizə aparıb. Yarışda 19 komanda iştirak edib. Gərgin və bilik dolu mübarizənin sonunda birinci yerə “ZəfərON”, ikinci yerə “44”, üçüncü yerə isə “Everest” komandaları layiq görülüb. Qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunub.
Artıq altıncı dəfə keçirilən bu intellektual yarışlar “Yüksəliş” müsabiqəsinin bilik və həmrəylik ruhunu yaşadan ənənəsinin davamıdır. Qeyd edək ki, əvvəlki illərdə keçirilən kvizlər müxtəlif mühüm hadisələrə həsr olunub.
Xatırladaq ki, bu ilin yazında keçirilən “Beşinci element” kvizi “Konstitusiya və Suverenlik İli”nə, keçən ilin qışında təşkil olunan "Yüksəliş" kvizi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə, payızda keçirilən “Azərbaycanın Yüksəlişi” intellektual kvizi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, yazda təşkil edilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, 2023-cü ildə keçirilən yarış isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən olunmasını, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin edilirlər və 20 min manatlıq mükafat qazanırlar.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.