ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
ŞƏHİDLƏR -Qazilər
28.05.2024, 17:20 Oxunub: 4105İstiqlal günü doğulan Şəhid Sabir Səmədov
Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika yaradıldı. Cəmi 23 ay yaşasa da, adı dünya tarixinə düşdü. Sonradan bu gözəl diyarı rus imperiyası işğal edərək öz cənginə aldı.
70 il yaşasa da, bu illər ərzində bir çox görkəmli şəxsiyyətlər itidik. ADR-n qurucuları, şairlərimiz, yazıçılarımız və üzdə olan şəxsiyyətlərimiz təqib olunaraq ya öldürdü, ya da uzaq Sibirə sürgün olundular. 70 ildən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Bu dəfə də təzyiqlərə məruz qaldı. Süfrəmizin qır-qırıntısı ilə dolanan haylar ( ermənilər) rus hərbi birləşmələrinin köməyi ilə torpaqlarımıza təcavüz etdi. 300 mindən artıq soydaşımız Qərbi Azərbaycandan öz dədə-baba yurdlarından qaçqın düşdü. Dağlıq Qarabağ və ətraf rayonlar, bir-birinin ardınca işğal olundu. Amma, xalq düşmənin qarşısında bir an belə əyilmədi. Əli silah tutan hər kəs haqq mübarizəsinə qalxdı. Gənclərimiz könüllü olaraq özünümüdafiə batalyonlarına yazıldi. Könüllü cəbhəyə gedənlərdən biri də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub, boya-başa çatmış Səmədov Sabir Əvəz oğlu oldu. O, 1973-cü ilin 28 may günü- İstiqlal günü dünyaya gəldi. Orta məktəbi bitirib, Sovet ordusuna xidmətə getdi. Amma, vətənimizdə başlanan ədalətsiz müharibə onu rahat buraxmadı. Sovet ordusunda xidmətini yarımçıq qoyub, Azərbaycana gəldi. Qısa bir vaxtda könüllü olaraq cəbhəyə yollandı.Döyüş yolu doğma yurdu Cəbrayıldan, Füzulidən keçdi. Dəfələrlə yaralanmasına baxmayaraq, silahını yerə qoymadı. Döyüşdən-döyüşə atılaraq püxtələşdi, bərkidi. Ailəsi yurd- yuvasından didərgin düşsə də o, bu döyüşlərdən çəkinmədi. Hətta qardaşı Vidadi Səmədovun döyüşməsindən belə xəbəri olmadı. 1994-cü idə ölkədə atəşkəs olsa da, Sabir yenə də Vətənin keşiyində idi.
1996- cı ilin yanvar ayının 28-i ... Qarlı-şaxtalı bir gün.... Düşmən bu dəfə Azərbaycanın Qərb bölgəsinə hücuma keçməyə cəhd etdi. Sabirin xidmət etdiyi hərbi hissəni Ağstafa rayonunun Köhnəqışlaq kəndinə gömdərdilər. 28 may- İstiqlal günü dogulan, bir igidimiz, 1996-cı ilin yanvarın 28-də qəhrəmancasına həlak oldu. İndiyədək mətbuatda Şəhidimizin qəhrəmanlıqları haqqında bir çox məqalələr dərc olunub. Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair- publisist Ötərxan Eltacla birgə yazdığımız " Bir ovuc torpaqdır yarama məlhəm" kitabı isə onun keçdiyi həyat yoluna qısaca olsada bir işıq saldı.
Bu gün onun doğum günüdür. Çox şadıq ki, Qarabağımız, Qubadlımız, Füzulimiz, Sabirində doğulub boya-başa çatdığı Cəbrayılımızda azaddır. Bunun üçün biz müzəffər ordumuza və Şəhidlərimizə minnətdarıq. Bu gün Sabirin də və bütün Şəhidlərimizin də ruhu şaddır. Allah Şəhidlərimizə rəhmət eləsin!
Vüqar Əsgər
araşdirmaçı, ssenarist