usd-1.7000 eur-1.7426 rub-1.6534
Bakı 6°C 10.68 m/s
Son xəbərlər
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Nəsibə Zeynalovanın nəvəsi  36 ildən sonra Həsənqala kəndində 

details

MARAQLI

15.11.2024, 16:42 Oxunub: 2392

Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi 36 ildən sonra Qusara nə üçün gəldi? 

Mərhum xalq artisti, məşhur gülüş ustası Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi Nəsibə Əsgərova 36 ildən sonra, yenidən Qusarın Həsənqala kəndinə gəlib. Onlar burada mərhum jurnalist, Nəsibə Zeynalovanın çox yaxın dostu olmuş Nəbi Rzayevin evində olublar.

Bu barədə Nəbinin həyat yoldaşı Nazilə Rzayeva Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, "xalq artisti Nəsibə Zeynalova oğlu Cahangir Novruzov və nəvələri Nəsibə və Nəzrinlə Nəbinin sağlığında bu evdə dəfələrlə qonaq olublar. Sonuncu dəfə Nəsibə xanım və yaxınları Həsənqala kəndinə 1988-ci ildə gəlmişdilər. Mən və Nəbi Nəsibə Zeynalova ilə sonuncu dəfə 2002-ci ildə Bakıda görüşmüşük. Nəbi ilə Nəsibə Zeynalovanın son görüşü elə həmin vaxt olub."

Qeyd edək ki, Xalq artisti Nəsibə Zeynalova 2003-cü ildə, Nəbi Rzayev isə 2010-cu ildə dünyalarını dəyişib.


Bizim.Media

Digər xəbərlər