ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
18 ölkədən 40-dan artıq təmsilçinin Bakıda toplaşaraq, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində təşkilatlanması sevindirici haldır
GÜNDƏM
21.11.2023, 10:38 Oxunub: 870Prezident İlham Əliyev: 18 ölkədən 40-dan artıq təmsilçinin Bakıda toplaşaraq, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində təşkilatlanması sevindirici haldır
Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıda toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəklikləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.
1001info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.
Azərbaycanda tarixən qadına göstərilən hörmətin, qadın adının uca tutulmasının xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biri olmasının vurğulandığı müraciətdə bildirilib: “Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir”.
Digər xəbərlər