usd-1.7000 eur-1.8896 rub-0.0193
Bakı 24°C 4.64 m/s
Son xəbərlər
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024
16-08-2024
11-08-2024
14-07-2024
10-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

44 ildir Sankt Peterburq şəhərində yaşayan Qərbi Azərbaycanlı Sabir Məsimov

details

CƏMİYYƏT

04.06.2024, 14:29 Oxunub: 646

1001info.az xəbər verir ki,   sosial şəbəkə istifadəçiləri arasında məşhur olan “Xaricdə Yaşayan Qərbi Azərbaycanlılar” səhifəsində bu dəfə  44 ildir Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yaşayan deputat, diaspor rəhbəri Qərbi Azərbaycanlı Sabir Məsimov haqqında məlumat verilib

Qeyd olunub ki, Sabir Məsimov 1962-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Arçut kəndində dünyaya gəlib. 1980-ci ildən Sankt Peterburq şəhərində yaşayır. Meşə Texniki Akademiyasının məzunudur.

Uzun müddət dövlət işlərində çalışdıqdan sonra şəxsi biznesini quraraq onunla məşğul olub. 2000-ci ildə Sankt Peterburq şəhərinin Petroqradsk rayon Veteranlar Şurası tərəfindən rayon deputatlığına namizədliyi irəli sürülüb. Və bu gün də həmin rayonun deputatdır.

Sankt Peterburq şəhərinin Veteranlar Şurasına davamlı dəstək göstərən Sabir Məsimov, ictimai-siyasi xidmətlərinə, eləcə də dövlətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrə görə dəfələrlə təltif olunub.

Hələ 90-cı illərdə Sankt Peterburqda ilk Azərbaycan diaspor təşkilatlarının yaranmasında iştirak edib, müəyyən zamanlarda həmin təşkilatlara rəhbərlik edib.

Yaşadığı şəhərdə soydaşlarımıza hər zaman dəstək olub, onların müxtəlif səpkili problemlərinin həllində iştirak edib.
 

Digər xəbərlər