usd-1.7000 eur-1.9328 rub-2.0703
Bakı 13°C 4.01 m/s
Son xəbərlər
18-04-2025
17-04-2025
16-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Lamiyə Vəliyeva həyat yoldaşı Tembo Con Monarenq haqqında açıqlama verib

details

İDMAN

17.04.2025, 14:15 Oxunub: 89

“Nazirlik bizə dəstək olmalıdır” - Lamiyə ərindən danışdı

Dördqat dünya və ikiqat Paralimpiya çempionu para-atlet Lamiyə Vəliyeva həyat yoldaşı Tembo Con Monarenq haqqında açıqlama verib.

1001info.az xəbər verir ki, Lamiyə Vəliyeva  Futbolinfo.az saytına müsahibəsində bu barədə danışıb:

“Həyat yoldaşım Tembo Con Monarenq Cənubi Afrikadandır. Hardasa 5-6 ay olar bura gəlib. O, həqiqətən də potensialı olan atletdir. Mən istərdim ki, o, Azərbaycanı təmsil etsin. Bunun üçün də Gənclər və İdman Nazirliyi bizə dəstək olmalıdır. Hazırda bu istiqamətdə bir az problemlər var. Bu problem həll olunsa, o, Azərbaycana çox medallar gətirə bilər. Bu istedadla Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadalarda iştirak edə bilər.

Mən yenə də mübarizə aparacağam. Ən yaxşı nəticəsi 100 metri 10,17 saniyəyə qaçıb. Özü də bu nəticəni 19 yaşında göstərib. 2018-ci ildə yeniyetmələr arasında dünya çempionatında 4-cü yeri tutub. Orada 100 metri 10,23 saniyəyə qət edib, sonra dediyim kimi onu 10,17-yə qaldırıb. İnanıram ki, həyat yoldaşım 10 saniyədən çıxa bilər. Ona köməklik göstərilsə, bu nəticəni əldə edəcəyinə ümid edirəm. Sadəcə, idman pasportu almalıdır. Bunu əldə etsə, bizi təmsil edə bilər. Son beynəlxalq yarışı Çenqduda keçirilən Universiada olub. Orada estafet yarışında Cənubi Afrika millisi ilə 3-cü yeri tutub. Təəssüf ki, orada ona 100 metrlik məsafəyə qaçış yarışına qatılmağa imkan yaratmadılar.”

L.Vəliyeva futbola olan münasibətindən söz açıb və “Mançester Siti”yə həyat yoldaşına görə azarkeşlik etdiyini bildirib: “Mançester Siti”yə həyat yoldaşıma görə azarkeşlik edirəm. Çünki o bu klubun fanatıdır.  Amma özüm həmişə “Real”ı dəstəkləmişəm. Kriştianu Ronaldoya simpatiyam olub. İndinin özündə həm Ronaldoya, həm də Messiyə böyük hörmətim var”.

Digər xəbərlər